Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bağdadinin məhv edildiyi an:Pentaqon görüntüləri yaydı - (VİDEO)

Bağdadinin məhv edildiyi an: Pentaqon görüntüləri yaydı - (VİDEO)
Pentaqon İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi ilə bağlı həyata keçirilən əməliyyatın görüntülərini yayıb.

Yenixeber.org: Görüntülər Ağ Evdə keçirilən mətbuat konfransı zamanı təqdim olunub.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, general Kennet Makkenze deyib ki, tutulmasının qaçılmaz olduğunu gördükdə əl-Bağdadi bombanı işə salıb, özünü və iki uşağı partladıb. Uşaqlar 12 yaşa qədər olub.
General əl-Bağdadinin tuneldə gizlənməyə çalışdığını təsdiqləyib. Bildirib ki, hətta o, partlayışdan əvvəl tuneldən atəş açmağa çalışıb.



Qısa videoda ABŞ-ın terrorçuya məxsus olduğunu təsdiqlədiyi bina göstərilir. Görüntülərdə binanın iki tərəfdən insanlarla necə əhatə olunduğu əks olunub.

"Burada Bağdadinin gizləndiyi bir obyekt görürük. Əvvəl qeyd etdiyim kimi, bu təcrid olunmuş obyekt Suriyanın şimal-qərbindəki İdlib əyalətində yerləşirdi", - deyə Makkenze bildirib.

Generalın sözlərinə görə, videoda yaraqlıların Amerika qüvvələrinə necə atəş açdığı görünür. Makkenze əlavə edib ki, DNT analizi əl-Bağdadinin məhv edilməsi faktını tamamilə təsdiqləyib. Onun qalıqları isə dənizə atılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam