Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Qərb Rusiyanın qonşuluğunda çevriliş planlaşdırır

 

Qərb Rusiyanı daha da zəiflətmək üçün ona qonşu ölkələrdə dövlət çevrilişləri seriyası hazırlayır və sırada Azərbaycan da var.

"Xeberinfo.com":  Məlumata görə, bu sensasion fikirlərlə rusiyalı ekspertlər “Svobodnaya pressa”da çıxış ediblər.

Bildirilir ki, ABŞ Ukraynada 2014-cü ildə həyata keçirilmiş çevrilişlər kifayətlənmək niyyətində deyil və Rusiyaya qonşu digər ölkələrdə də siyasi rejimləri dəyişdirməyə çalışacaq.

“2015-ci ildə yeni “narıncı” inqilablar gözləmək olar. Prinsipcə yeni heç nə yoxdur, dövlət çevrilişlərinin bütün texnologiyası köhnədir, təkcə ayrı-ayrı metodikalar modernləşdirilir. Bu da hakimiyyətdə kimin olmasından, əhalinin onu nə dərəcədə dəstəkləməsindən və hansı alətlərə malik olmasından asılıdır” - deyə “Geopolitika” jurnalının baş redaktoru Leonid Savin bildirir.

Onun fikrincə, 2015-ci ildə Qərb çox güman ki, Ermənistandakı vəziyyəti qarışdıracaq. Vəziyyətin qarışa biləcəyi ölkələr sırasına Azərbaycanı da daxil etmək olar, çünki L.Savinin qənaətinə görə, Bakının Vaşinqtonla və Qərbi Avropa ilə münasibətləri pisləşir.

“İlham Əliyev balanslı siyasət aparmağa çalışır, ancaq aydındır ki, Qərb bütün mümkün yollarla onun hakimiyyətini devirməyə çalışacaq”- baş redaktor bildirib.

Həmçinin Tacikistana təzyiqlərin artması gözlənilir, çünki bu ölkəni Avrasiya İttifaqında gözləyirlər. Eyni təxmini Qazaxıstan və Qırğızıstan haqda da demək olar.

L.Savinin sözlərinə görə, Qərbin hədəfində Serbiya və Çernoqoriya, habelə Belarus və Moldova da yer ala bilər.

Onun fikrincə, dövlətlər bu çevriliş cəhdlərinin qarşısını almaq üçün  mümkün təxribat ocaqlarını aşkara çıxarmalıdır. Həmçinin media məkanına nəzarət etmək, diplomatik missiyaların, xüsusən də ABŞ səfirliyinin nə işlə məşğul olduğunu izləmək lazımdır.

L.Savin ATƏT missiyalarının da fəaliyyətinin nəzarət altında saxlanılmalı olduğunu deyib. Baş redaktorun sözlərina görə, digər Qərb qeyri-hökumət təşkilatlarının fəaliyyətini də izləmək lazımdır. Çevriliş cəhdlərinin qarşısını almaq üçün vətəndaş cəmiyyəti ilə dövlət əlbir hərəkət etməli, cəmiyyətdə parçalanma meyllərinin qarşısı alınmalıdır.

Rusiyanın Geosiyasi Problemlər Akademiyasının vitse-prezidenti Konstantin Sokolov isə hesab edir ki, əsas zərbə qonşu ölkələrə deyil, Rusiyaya istiqamətlənəcək. O, Rusiyanın hazırda bir neçə istiqamətdən atəş altında olduğunu,  bütün transmilli qüvvələrin Rusiyanı zəiflətmək üçün hərəkətə keçdiyini bildirib.

K.Sokolovun fikrincə, bu il Mərkəzi Asiya ölkələrində situasiya qeyri-sabit ola bilər. Ancaq Qərb üçün bu ancaq ona görə lazımdır ki, qeyri-stabillik dalğası Rusiyaya da yayılsın.

“Onlar öz-özlüyündə əsas hədəf deyil, əsas hədəf Rusiyadır” - deyə ekspert bildirib.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam