Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rəsmi Tehran: "Heç bir liman Rusiya və ya Hindistana verilməyib"

“İranın heç bir limanı, o cümlədən Buşehr və Çabahar limanları Rusiya və ya Hindistana verilməyib”.

Yenixeber.org:  Bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib.

Ə.Rəbiinin sözlərinə görə, İran, Hindistan və Əfqanıstan arasında Çabahar limanı haqda müqavilə imzalanıb.

Hökümət rəsmisi əlavə edib ki, bu müqavilə əslində Hindistanla olan müqavilədir:

“Hindistanın bir şirkəti Şəhid Behişti limanının 5 fazasının 1-ci fazasını 10 il müddətinə istismar və idarə edəcək. Hindistan şirkəti limanın 1-ci fazasında 185 milyon dollar yatırım edəcək. Bu, limanın tam şəkildə hər hansı ölkəyə verilməsi mənasında deyil”.

Qeyd edək ki, son günlər İranın Buşehr və Çabahar limanlarının tam şəkildə idarə olunmasının Rusiya və ya Hindistanın sərəncamına verilməsi ilə əlaqədar məlumatlar yayılıb. (Trend).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam