Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
Günün xəbəri

Azərbaycan bu gündən İrana elektrik enerjisinin ixracına başlayıb

 Azərbaycan bu gündən İrana elektrik enerjisinin ixracına başlayıb

Yenixeber.org: Bu barədə “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib. Onun sözlərinə görə, “Azərenerji” və “TAVANİR” şirkəti arasında imzalanan müqaviləyə əsasən bu gün saat 11:00 radələrindən “Azərenerji” ASC tərəfindən təcrid olunmuş ada rejimində pik gücü 80 MVt olmaqla, İranın Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlanılıb.
Qeyd edək ki, bu ilin aprelində “Azərenerji” ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti “TAVANİR” arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sənədi “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev və “TAVANİR” şirkətinin idarə heyətinin sədri A. Kordi imzalayıb.
Y.Babanlı Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi prosesinin həyata keçirilməsi üçün növbəti üçtərəfli görüşün tarixini də açıqlayıb. “Azərenerji” rəsmisi qeyd edib ki, aprelin 26-da Bakıda baş tutan görüşdə əldə edilən razılığa görə iyun ayın sonunadək Moskva şəhərində üç ölkənin İşçi Qrupunun növbəti iclasının keçirilməsi nəzərdə tutulub.
Bolqarıstana elektrik enerjisi satılması ilə bağlı danışıqlara gəlincə, Y.Babanlı bildirib ki, bununla əlaqədar “Azərenerji” tərəflər arasında danışıqları davam etdirmək qənaətindədir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam