Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Buşehr AES fəaliyyətini dayandırdı

 İranın Buşehr Atom Elektrik Stansiyası (AES) təmir və yanacağın dəyişdirilməsi məqsədilə müvəqqəti olaraq söndürülüb.

Yenixeber.org: İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndinin sözlərinə görə, proqrama əsasən Buşehr AES bazar ertəsindən etibarən 2 aylıq müddətə ümumi elektrik şəbəkəsindən çıxarılıb.

 

B.Kamalvəndi əlavə edib ki, proses İranın Atom Enerjisi Təşkilatı ilə Energetika Nazirliyi arasında əlaqəli şəkildə həyata keçirilib:

 

“Əlbəttə bu işin yayda həyata keçirilməsi daha yaxşı idi. Lakin yayda pik vaxtlarda elektrik kəsintisinin qarşısını almaq məqsədilə illik təmirlər az istehlaklı vaxta, yəni mart aprel aylarına salınıb.

 

Son vaxtlar İranın Atom Enerjisi Təşkilatının rəsmiləri xarici valyutanın bahalaşması ilə əlaqədar Buşehr AES-nin xərclərinin artması ilə bağlı xəbərdarlıq ediblər. İran parlamenti ötən həftə Buşehr AES-maliyyə xərclərinin təmin olunması ilə bağlı qərar verib.(trend)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam