Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xameneinin istefası tələb edilir – İran

İranın Ali dini lideri Ayətullah Əli Xameneinin istefası ilə bağlı çağırış məktubuna imza atmış daha bir nəfər, Abbas Vahidian Şahrudi həbs edilib, insan haqları müdafiəçiləri bildirir

Yenixeber.org:   Onun insan haqları müdafiəçisi və yazıçı olduğu deyilir. Cənab Vahidian bazar günü Məşhəd şəhərindəki evində həbs olunub, bu barədə Hrana saytı yazır.

O, bundan əvvəl də, keçən ilin oktyabr ayında İranın “milli təhlükəsizliyinin əleyhinə fəaliyyətdə” ittiham olunaraq həbs edilib və dekabr ayında zaminə buraxılıb, BBC News Farsca saytı yazır.

Ayətullah Əli Xameneinin həbsi tələbi ilə məktubu bir həftə bundan əvvəl bir qrup insan haqları fəalı və yazıçı imzalayıb. Onların bəziləri Məşhəddə həbs edilib.

Məktuba imza atmış şəxslər İran İslam Respublikası rəhbərliyini istefasını və ölkə konstitusiyasına dəyişikliyi tələb edirlər.

Onlar “sistemli və məsuliyyətsiz tiranlığın” İranda qeyri-sabit vəziyyətə yol açdığını bildirirlər. (BBC Azərbaycan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam