Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

13 nəfər edam edildi

 

img1669429

 

2014-cü ilin ilk 6 ayında İranda 400 nəfərdən çox insan edam edilib

"Xeberinfo.com": İran rejimi son həftədə Güney Azərbaycanın Urmiyə şəhərində 13 nəfəri edam edib. Məhkumlar oktyabrın 18-i, 27-si və 29-nda Urmiyə zindanının həyətində edam olunub. Birinci mərhələdə 5, ikinci mərhələdə 5, üçüncü mərhələdə isə 3 məhkumla bağlı edam qərarı icra edilib. Onların əksəriyyəti narkotik maddələrinin qaçaqmalçılığında, üçü qətldə və birisi silahlı oğurluqda ittiham olunub. İnsan haqları fəalları tərəfindən yayılan məlumat hələlik heç bir hökumət rəsmisi və ya onların rəsmi mətbu orqanları tərəfindən təsdiqlənməyib.

Bu arada Beynəlxalq Əfv Təşkilatı BMT İnsan Haqları Şurasının Cenevrədəki iclasında öhdəliklərini yerinə yetirməsi üçün Tehrana təzyiqləri artırmağa çağırıb. Beynəlxalq Əfv Təşkilatı bəyan edib ki, İran öz öhdəliklərinə əməl etməyib. BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid yeni hesabat yayıb. (GünAz.TV) Hesabatda bildirilir: “İranda edamların sayı artır, qadınlara təzyiq və zorakılıqlar davam etdirilir.

Bu ilin ilk 6 ayında İranda 400 nəfərdən çox insan edam edilib. Onlardan 8 nəfəri 18 yaşına çatmayan yeniyetmələr olub. İranın yeni hökumət rəsmilərinin rəftarı əvvəlki hökumət rəsmilərinin davranışından fərqli olsa da, təəssüflər olsun ki, prezident Həsən Ruhani insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması istiqamətində ciddi addımlar ata bilməyib. Son məlumatlar göstərir ki, İranda insan hüquqları ilə bağlı durum daha da pisləşib”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam