Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İranda nüvə obyektlərində fəaliyyət göstərən casus şəbəkəsi həbs edlib–Təfərrüat

Tehran ölkə iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən İranın nüvə obyektlərində xarici ölkələrin mənafeləri naminə fəaliyyət göstərən casus şəbəkəsinin aşkar olunduğunu elan edib.

Yenixeber.org: TASS xəbər verir ki, bu barədə İran məhkəməsinin nümayəndəsi Qulam Hüseyn İsmaili bildirib.

Onun sözlərinə görə, casuslardan ibarət qrup İranın xüsusi xidmət orqanları tərəfindən ötən il aşkar olunub.

İsmaili casusların nüvə obyektləri və müdafiə sənayesi müəssisələri daxil olmaqla, ölkə üçün həssas mərkəzlərdə fəaliyyət göstəridiyini vurğulayıb. O bildirib ki, casusların çoxu artıq həbs edilib.

Məhkəmə nümayəndəsi həmçinin qeyd edib ki, aşkar edilən qrupun iki üzvü artıq mühakimə edilib və uzunmüddətli həbs cəzaları alıb.

İranın məhkəmə orqanları sözügedən casusluq şəbəkəsi ilə əlaqəli digər şübhəlilərin də işlərinə dair istintaqları tamamlayıb. Onlardan bəziləri üçün prokuror ölüm cəzasının tətbiq edilməsini tələb edib/report.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam