Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Rublun aqibəti necə olacaq?

 

Rusiyadakı FBK Strateji Analiz İnstitutunun direktoru İqor Nikolayev rublu bu il gözləyən aqibət haqda danışıb

 

"Xeberinfo.com":  Məlumata görə, ekspert rublun kursunun guya yaxın zamanlarda sabitləşəcəyinə imkan verən amillərin heç birinin mövcud olmadığını söyləyib. 
“Səmimi desək, məni hətta 2015-ci ildən qat-qat çox, 2016-17-ci illərdə baş verəcəklər maraqlandırır. Bununla belə, 2-3 illik proqnozları sonraya saxlayaq. Bu il nə gözləməliyik? Bəllidi ki, Yeni il ərəfəsi hökumət, o sırada maliyyə naziri tələm-tələsik bəyan ediblər ki, guya rublun zəifləməsi başa çatıb, axın dəyişib. Xeyr. Əlbəttə ki, başa düşürəm: verbal müdaxilə, nikbinlik aşılamaq istəyi-filan. Amma gəlin, gerçəyə baxaq” – yazır iqtisadçı.
Mütəxəssisin sözlərinə görə, rublun zəifləməsinin dayanmasını yalnız bu zəifləməni şərtləndirən faktorların dəyişməsi mümkün edə bilər, onlar isə yoxdur. “Məgər neftin qiyməti qalxmağa başlayıb? Yox. Bəlkə iqtisadiyyatımız kəskin şəkildə yoxuşa gedir? Tam əksinə. Bəlkə sanksiyalar götürülüb? Kaş ki, yeniləri tətbiq edilməyə. Sadalanan neqativ amillər varsa və olacaqsa, o zaman tendensiya qəfildən necə dəyişə bilər” – sual edir ekspert. 
Onun qənaətincə dünyada möcüzələr olmur: “Təəssüf ki, bu belədir. Buradan gəlinən qənaət ondan ibarətdir ki, 2015-ci ildə də rubl zəifləməkdə davam edəcək və artıq yazda onun kursu 1 dollara görə 70-80 rubl ola bilər. “Səmimi desəm, mən bu il rubla təzyiq edəcək faktorların hamısını sadalamaqdan çəkindim. ÜDM-ə gəlincə isə, hətta rəsmi dəyərləndirmə belədir ki, bu il Rusiya iqtisadiyyatı genişmiqyaslı resessiyaya girəcək” - əlavə edib institut rəhbəri.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam