Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Dünya hökmranlığında gizli sövdələşmələr

 

Neft qiymətlərinin gözlənilməz və kəskin düşüşü dünyanı demək olar ki, bir gecədə dəyişdi. İndi Rusiya iqtisadi böhran içərisindədir, amerikan istehlakçıları isə benzinə xeyli qənaət edirlər. Amma baş verənlərin izahı və əsl səbəbləri, bəlkə də çox darıxdırıcı görünür.

"Xeberinfo.com":  Onun səbəbi belə izah edilir ki, hal-hazırda tələb və təklif arasında fərq yaranıb, keçmişdə kəşfiyyat quyularına qoyulan investisiyalar nəticəsində xeyli neft hasil edilib və ehtiyatda çoxlu neft yığılıb. Həm də tez-tez vurğulanılır ki, neft alan ölklərdə iqtisadi inkişaf tempi zəifləyib və ona görə də bazarda təklif tələbi üstələyib. Digər tərəfdən isə OPEK ölkələri öz aralarında razılığa gələ bilməyiblər.

000_was3227957.siLakin bütün bunlara baxmayaraq, Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla “gizli sövdləşmələr” (konspirologiya) nəzəriyyəsinin tərəfdarlarının həmişə bizə izah edə biləcək hazır modelləri var. Bu yaxınlarda Putin, neftin qiymətinin aşağı düşməsini, onun ölkəsinə qarşı ABŞ və Səudiyyə Ərəbistanı arasındakı hansısa “gizli sövdələşmə”yə bağlamağa çalışmışdı. O bu barədə bidirmişdi: “İndi bizim hamımız neftin qiymətinin düşməsinə şahidlik edirik. Bu, İranın cəzalandırılması, Rusiya və Venesuela iqtisadiyyatına təsir etmək üçün Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı hansısa “gizli sövdələşmə” də ola bilər”.

PUTIN-911-400x242Putin, bu cür sözlər ifadə etməklə, özünü, nəhəng neft ölkələri və enerji şirkətlərinin dünya üzərində manipulyasiya apardıqlarına inanan “gizli sövdələşmələr” (konspirologiya) nəzəriyyəsinin tərəfdarları cərgəsinə qoşub. Ümumiyyətlə isə belə nəziriyyələr hədsiz çoxdur. Hətta, “gizli sövdələşmələr” nəzəriyyəsinin tərəfdarları 11 sentyabr və Kennedinin ölümünü də bəzən neft şirkətləri ilə əlaqələndirirlər.

“Yuta Univesiteti”nin professoru və “Daxili düşmənlər: müasir Amerikada konspirologiya” (Enemies Within:The Culture of Conspiracy in Modern America) kitabının müəllifi Robert Qoldberq deyir: “Bu ideyanın uzun bir tarixi var. 1960-1970-ci illərdə çoxları belə düşünürdü ki, Amerikanı pərdə arxasından Rokfellerlər idarə edir”. Bəs Rokfellerlərin var-dövləti nəyin üzərində qurulmuşdu? Bəli! Neftin üzərində. “Gizli sövdələşmələr” nəzəriyyəsinin tərəfdarlarının neftlə bağlı olan baxışlarını başa düşmək üçün ən əvvəl konspiroloji düşüncə tərzinin quruluşunu öyrənmək gərəkdir. Burada bir neçə əsas məsələyə diqqət yönəltmək vacibdir.

Birincisi, şəxsi müstəvidə konspirologiya – poronoya səviyyəsinə qədər yüksələn inamsızlıq xüsusiyyəti ilə yanaşı, həm də şəxsi gücsüzlüyün mühüm əlaməti kimi də ortaya çıxır. Belə insanlar, həmişə onlara hansısa hiyləgər intriqaların və fəsadların mane olması fikrinə söykənirlər. Onların dünya haqqındakı təsəvvürləri, daima dolaşıq intriqaların və çirkli fırıldaqların mövcudluğuna ehtiyac duyur.

İkinci tərəfdən isə psixoloji araşdırmalar göstərir ki, konspiroloqlar əsasən eyni anda, bir neçə nəzəriyyəyə inanırlar. Həmin nəzəriyyələrin quruluşu yekcinsdir və onların başlıca qayəsi ondan ibarətdir ki, hansısa gözə görünməz gizli oyunçular üzə çıxmayaraq, pərdə arxasından dünyanı idarə edirlər.”

Qoldberqin sözlərinə görə, tamamilə ağılsızlıq səviyyəsinə sürüklənməyənə qədər, “gizli sövdələşmələr” nəzəriyyəsinin özündə də müəyyən həqiqiqətlər var. O bu haqda deyib:“Bu kimi fikirlərin içərisində hansısa həqiqətlər də mövcuddur. Mən düşünürəm ki, heç kim, böyük pulların, böyük hakimiyyət yaratması barəsindəki fikirlərlə mübahisəyə girişməz. Amma hər şeyin, bütün baş verən hadisələrin, xüsusi bir çarx kimi, yalnız əbədi və zalım güclərin intriqası ətrafında döndüyü fikrinə bağlanması, məsələlərin əsl mahiyyətini tamamilə korlayır. Əgər biz dərin və mürəkkəb analizə baş vurmadan hadisələrə yalnız zahiri baxımdan diqqət etsək görərik ki, neft, dediyimiz həmin modelə ideal şəkildə uyğun gəlir.  

1. Neft, dünyaya təsir etmək üçün əla bir vasitədir. Təsəvvürünüzə gətirin ki, siz gizli cəmiyyətin üzvü kimi əlinizdəki böyük imkanlarla dünyaya hökmran olmağa iddia edirsiniz. Hakimiyyətlərin yıxılması, kimlərinsə varlanması və xeyli şəxslərin müfilsləşməsindən ötrü hadisələrə necə silsləvi təsir edərdiniz? Bunun üçün bir vasitə kimi neft amilindən daha yaxşısını fikirləşib tapmaq çətindir. Belə bir məhsul dünya iqtisadiyyatı üçün mühüm açar rolunu oynayır.”

saudi-oill-petrolQoldberq, konspiroloqların düşüncə tərzinin dərinliklərinə toxunaraq deyir:“Neft bir əsrdən artıqdır ki, dünya iqtisadiyyatının qan damarıdır. Kim, dünya hakimiyyətinə yiyələnmək fikrindədirsə, o, mütləq neftin çıxarılmasına, qiymətinə nəzarət etməyə cəhd göstərəcək ki, onun vasitəsilə bir çox ölkələri iqtisadi tənəzzülə, depressiyaya, infliyasiyaya və geriləməyə məruz qoysun. Beləliklə də onların müqavimət imkanları zəifləyəcək”.

2. Dövlət, həqiqətən də neft gəlirlərindən asılıdır və neft şirkətləri ilə çox sıx bağlıdır. Dövlətlə neft şirkətləri arasındakı əlaqələr, həmin nəzəriyyənin tərəfdarları üçün zahiri inandırıcılıq təsviri yaradır. Məsələn, Rusiyadakı səhmlərdən gələn gəlirlərin böyük hissəsi “Rosneft” şirkətinə, Braziliyada “Petrobras”şirkətinə, Norveçdə “Statoil” şirkətinə, Səudiyyə Ərəbistanında isə “Saudi Aramco” şirkətinə məxsusdur. Neft şirkətləri ilə dövlətlər arasındakı bu cür bağlılıq konspiroloqlar üçün müəyyən təxmini yanaşmalara keçməmişdən əvvəl hansısa real bazaya söykənməyə imkan verir.

opec-8 (1)3. Neft hasil edən ölkələr həqiqətən də öz fəaliyyətlərini əlaqələndirirlər.Hər halda jurnalistlərin “kartel” adlandırdığı OPEK var və bu təşkilat birbaşa bəyan edir ki, onun əsas işi,ümumən dünya neft hasilatının 40%-nə və ixracının isə 60%-nə nəzarət edən 12 ölkə arasında koordinasiya və birlik yaratmaqdan ibarətdir. Müəyyən mənada bunun özü də hansısa qlobal strateji planların mövcudluğuna işarə kimi qəbul edilir.

4. Problemlərlə üzləşən liderlər, bu işdə kimi isə günahlandırmalıdırlar. Əgər Putin haqqında danışsaq, onda deyə bilərik ki, indiki çətin iqtisadi vəziyyət zamanı “gizli sövdələşmələr” (konspirologiya) nəzəriyyəsi sadəcə olaraq onun işinə yarayır. Bu barədə Qoldberq deyir: “Xalq dəstəyini qazanmaq üçün hökumətlər konspirologiya nəzəriyyəsindən istifadə edirlər”

Ən sadə gediş ondan ibarətdir ki, hakim zümrə öz xalqına təlqin edir ki, ona qarşı zalım qüvvələrin düşünülmüş, məkrli planları var və onlar bunu həyata keçirmək üçün hücuma keçiblər. Beləliklə də nə zaman ki, neftin qiymətinin aşağı düşməsi kimi xoşağəlməz hadisələr baş verirsə, onda “gizli sövdləşmələr” nəzəriyyəsinə oxşar baxışların meydana çıxmamasına hətta təccüblənmək də olar.Ümumiyyətlə isə insanlar belə şeylərə daha çox inanırlar, axı bu cür nəzəriyyələr daha maraqlı, cəlbedici və bəsitdir. Ancaq xeyli insan üçün iqtisadi qanunauyğunluqların mexanizmi, tələb və təklif haqqındakı dəqiq texniki göstəricilər cansıxıcı görünür.

The Washington Post


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam