Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Neftlə bağlı ümidlər “dəfn olundu” ”

 

 

“Doha görüşü əslində bir daha “neft bumu dövrünə” qayıtmağın çətin olacağına və hətta mümkünsüzlüyünə işarə idi”. 

 

Xeberinfo.com:   Məlumata görə, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

O, qeyd edib ki, OPEK-in Dohada razılığa gələ bilməməsinə birja qısa zamanda reaksiya verib: “Neftin qiyməti ilk birja günündə 5 faizə yaxın aşağı düşdü. Beynəlxalq analitiklər qiymət azalmalarının davam edəcəyini proqnozlaşdırırlar. Beləcə, neftin qiymətinin yenidən yüksələcəyi ilə bağlı bir sıra neft ölkələrində formalaşan ümidlər “dəfn olundu”. Belə görsənir ki, OPEK və digər aparıcı istehsalçılar oktyabr ayınadək hasilatın dondurulmasını məsələsini gündəmdən çıxartdılar. Doha Görüşü əslində bir daha “neft bumu dövrnə” qayıtmağın çətin olacağına və hətta mümkünsüzlüyünə işarə idi”.

V.Bayramovun sözlərinə görə, neft ölkəsi olan Azərbaycan üçün Doha görüşü əhəmiyyətli idi: “Neftin dünya bazar qiymətindəki aşağı düşmələr ölkəyə daxil olan valyutanın azalmasına səbəb olacaq. Valyuta daxilolmalarının artırmağın yeganə yolu islahatların sürətləndirilməsidir. Struktur islahatları, liberallaşma və geniş miqyaslı elektronlaşma qeyri-neft sektorunun inkişafını stimullaşdıra bilər. Artıq bütün neft ölkələri qara qızılın qiymətində daha kəskin azalmalara hazır olmalıdırlar. Bu hazırlıq isə yeni iqtisadi islahatlar paketinin hazırlanmasından keçir”.

Azvision.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam