Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ukraynadakı Azərbaycan diasporunun rəhbəri ölkədən qaçdı

 

Ukraynanın Luqansk şəhərindəki Azərbaycan cəmiyyətinin sədri Rasim Uğurluyev həyatına yaranan ölüm təhlükəsi ilə əlaqədar bu ölkəni tərk edib.

 

"Xeberinfo.com":  Məlumata görə, hazırda R.Uğurluyevin Azərbaycanda olduğu deyilir.

 

Onun Ukraynada istifadə etdiyi mobil telefona isə hazırda başqa adamlar cavab verərək deyiblər ki, Rasim Uğurluyev Azərbaycana gedib: “O, son vaxtlar burada separatçılar tərəfindən ölümlə hədələnirdi”.

 

Xatırladaq ki, R.Uğurluyev bu il noyabrın 3-də Publika.az-a verdiyi müsahibədə də ölüm təhlükəsi ilə üzləşdiyini demişdi: “Mənim həyatıma da təhlükə yaranıb. Hazırda bölgədə olan bütün separatçılar məni axtarır, ailə üzvlərimin siyahısını hazırlayıblar. Çünki separatçıların əməlləri ilə bağlı bütün məlumatları Azərbaycan mediasına mən ötürürəm və özümə düşmən qazanmışam. Bununla bağlı səfirliyə də xəbər vermişəm”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam