Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bu təyyarənin vurulması Rusiya və Putinin sonu deməkdir“

 

"Separatçılara başçılıq edən polkovnik Strelkov təyyarələrə qarşı zenit avadanlıqlarının istifadəsində mütəxəssisdir. Bu təyyarəni də onun vurduğu haqda iddialar var.
  "Xeberinfo.com": Ümumiyyətlə, təyyarənin vurulması separatçıların nəzarət etdiyi ərazidə qeydə alınıb. Həmin əraziyə Ukrayna hökuməti nəzarət edə bilmir. Bundan başqa, Ukraynada güclü radar qurğusu var və həmin radarlar vasitəsi ilə hərbi təyyarə ilə mülki təyyarəni müəyyənləşdirmək o qədər də çətin deyil".
Bunu Aktual.az-a politoloq Qabil Hüseynli Donetsk vilayətində Malayziyaya məxsus "Boeing" təyyarəsinin vurulmasına münasibət bildirərkən deyib. 
Onun sözlərinə görə, bu hadisələrin başlamasından indiyə qədər Rusiyanın yalanları dünya dövlətlərində ikrah hissi doğurur: "Qaldı sərnişin təyyarəsinin vurulmasına, bu, artıq çox ağır məsuliyyətdir və insanlığa qarşı cinayət hesab olunur. 
Mən xatırlayıram ki, 1983-cü ildə SSRİ-nin uzaq Şərqdəki hava sərhədləri üzərində başqa ölkələrin təyyarələrinin uçması qadağan edilmişdi. Hələ qadağan ola-ola Cənubi Koreya təyyarəsinin vurulması SSRİ-yə çox baha başa gəldi. Həmin dövrdən başlayaraq, bütün dünya xalqları SSRİ-yə qarşı birləşdilər və bu imperiyanın yer üzündən silinməsi üçün mübarizə apardılar. Aqibətini də özünüz görürsüz. Mənə belə gəlir ki, bu təyyarənin vurulması Rusiya və Putinin sonu deməkdir".
Siyasi şərhçi Vəfa Quluzadə hesab edir ki, hadisəni başa düşmək üçün Putinin Ukraynadakı siyasətinə nəzər salmaq laızmdır:
"Putin Ukraynada vəziyyəti sabitlikdən çıxarmaq istəyir. İkincisi, Putin istəyir ki, Ukraynanın yeni hakimiyyətini xalqın qarşısında aciz göstərsin və onu yıxsın. Bax, buna görə separatçılar Ukrayna təyyarələrini vururlar. Onlar heliokopterləri, böyük kargo təyyarəsini vurublar. Onlar Malaziya təyyarəsinin vurulmasında yanlışlığa yol veriblər. Separatçılar elə zənn ediblər ki, bu, Ukrayna mülki təyyarəsidir. İndi siz təsəvvürünüzə gətirin, separatçılar bu təyyarəni vurur və 300-ə yaxın ukraynalı mülki vətəndaş həlak olur. Bundan sonra isə Ukraynada xaos yaranır və Putin də bundan istifadə edir. Əgər Rusiyanın yardımı olmasa, separatçılar heç vaxt təyyarə vura bilməzlər. Harada görünüb ki, separatçılar təyyarə vursunlar? Heç erməni separatçıları bunu edə bilmədilər. Çeçenistanda da həmçinin. Amma burada 10 km məsafədən uçan təyyarəni separatçılar məhv ediblər. Bütün bunların sonu isə Rusiyaya baha başa gələcək və məsələ Putinin hakimiyyətdən getməsi ilə nəticələnəcək".
Xatırladaq ki, Ukrayna mediasının yaydığı məlumata görə, Amsterdam - Kuala-Lumpur reysini yerinə yetirən təyyarə Torez yaşayış məntəqəsi üzərində, Donetsk vilayətinin, Şaxtyorsk rayonunun, Qrabovo kəndi yaxınlığında "Buk" zenit raket kompleksi ilə vurulub. Qəza zamanı 280 sərnişin və 15 heyət üzvünün öldüyü bildirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam