Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Ukraynadan yeni xəbər

 

 

Mayın 11-də Luqansk və Donetsk vilayətlərində Ukraynanın şərq bölgələrinin müstəqilliyi haqda referendum keçirilir. 

    "xeberinfo.com": Məlumata görə, referendumu inzibati binaları zəbt edən silahlı separatçılar təşkil edir.
Ukraynanın şərqində Slavyansk, Donetsk, Luqansk və Rusiyameylli yaraqlıların nəzarət etdiyi digər şəhərlərdə referenduma separatçı qurumlara dəstək məsələsi çıxarılıb.
Referendum Ukrayna hökumət qoşunları ilə silahlı separatçılar arasında ağır döyüşlərdən sonra əldə olunan nisbi sakitlik şəraitində keçsə də, separatçıların siyasi mövqelərini dəstəkləməyən vətəndaşlara qarşı təzyiqlər, Ukraynanın bütövlüyünü dəstəkləyən siyasətçilərin girov götürülməsi, döyülməsi və qətlə yetirilməsi halları ilə müşahidə olunur.
Mayın 10-da Slvyansk yaxınlığında hökumət qoşunlarının saxladığı silahlı separatçılardan 100 min "referendum bülletenləri" aşkar deyilib. Bu haqda xəbər verən Kiyev rəsmiləri bülletenlerdə artıq separatçıları dəstələyən "hə" cavablarının əvvəlcədən yazıldığını bildirirlər.
Ukrayna isə Rusiya ilə viza rejiminin tətbiq olunmasını nəzərdən keçirir.
Separatçılar referendumda "kütləvi iştirakdan", Ukrayna rəsmiləri isə antiterror əməliyyatlarının davam etdiyi haqda xəbərlər yayır. Ukrayna mediasının xəbərinə əsasən Kramatorsk hava limanının rəhbəri naməlum yaraqlılar tərəfindən oğurlanıb.
Mariupol şəhərinin Rusiyameylli sakinləri deyirlər: "Biz faşizmə qarşıyıq. Kiyev - faşizmdir". Son günlər bu şəhərdə hökumət qoşunlarının polis binasını zəbt edən silahlı separatçılara qarşı əməliyyatlarda hər 2 tərəfdən və dinc sakinlər arasında onlarla ölən və yaralanan oldu. 
Şəhər sakinlərinin bir qismi bu hadisələrdə Rusiyameylli yaraqlıları deyil, məhz Ukrayna təhlkükəsizlik qüvvələrini gunahkar sayır. Rusiya ilə sərhəddə olan Luqansk və Donetsk vilayətlərində sərhəd məntəqələri Ukraynanın nəzarətindən çıxdığından silahlı separatçı qruplaşmalar Rusiyadan Donbass regionuna sərbəst keçə bilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam