Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Rusiyadan Azərbaycana avtomobil ixracı dayandırılıb

 

Rusiya Federasiyasında istehsal olunan avtomobillərin xaricə ixracı dayandırılıb

 

"Xeberinfo.com":  Məlumata görə,bunun rəsmi səbəbləri açıqlanmasa da, artıq Rusiyanın gömrük orqanları yerli istehsallı avtomobillərin ölkədən çıxarılmasına icazə vermir.
Bu barədə “Bizim Yol”a Azərbaycanda avtomobil ticarəti ilə məşğul olan və bu günlərdə Rusiyadan avtomobil gətirmək istəyən bir nəfər məlumat verib. Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar bu ölkədəki avtomobil bazarına da ciddi zərbə vurub: “Rus rublunun dəyərini itirməsi orada istehsal olunan avtomobillərin qiymətini yarıbayarı ucuzlaşdırıb. Artıq, deyək ki, “Niva”nın yerində qiyməti 5-6 min dollara düşüb, eləcə də digər markalı maşınların qiyməti yarıbayarı azalıb. Bu da başqa ölkələrin vətəndaşlarının Rusiya maşınlarına marağını artırıb, artıq qısa müddətdə xeyli sayda azərbaycanlı da qiymətini itirmiş rus maşını almaq həvəsinə düşüb, gedib alanlar da var. Lakin ruslar da ayıldılar ki, indiki durumda avtomobillərini “su qiymətinə” satmaq onlara böyük zərər yetirəcək, heç öz maya dəyərini çıxara bilməyəcəklər. Odur ki, ölkə rəhbərliyi səviyyəsində avtomobillərin xaricə satılmasına qadağa qoyulub”.
Mənbənin bildirdiyinə görə, bunun rəsmi, yoxsa qeyri-rəsmi göstəriş olduğu barədə heç kimə məlumat verilmir: “Fakt odur ki, oradan gedib avtomobil almışıq və sonra Azərbaycana keçirmək istəyəndə gömrükdən buraxmayıblar. Əvvəl problemin təkcə bizimlə bağlı olduğunu düşündük, lakin araşdıranda məlum oldu ki, bizim kimi yüzlərlə azərbaycanlı və digər ölkələrin vətəndaşları da eyni durumla üzləşiblər. Heç birimizə konkret açıqlama verilməsə də, bir onu dedilər ki, “bu avtomobilləri Rusiyadan çıxara bilməzsiniz”. O zaman iki vəziyyət yaranırdı: ya biz həmin maşınları orada dəyər-dəyməzinə satıb geri qayıdaq, ya da orada yaşayan hansısa qohumumuza, tanışımıza bağışlayaq. Mən ikinci variantı seçdim, bir qohumuma verdim, o da qarşılığında mənə başqa bir yaxşılıq etdi”.
Mənbə onu da bildirib ki, bu cür vəziyyətin nə vaxtadək davam edəcəyi bəlli deyil: “Hazırda orada vəziyyətdən çıxış yolu tapmağa çalışan yerlilərimiz var. Hər qaldıqları gün də xərc aparır. Bəziləri bir maşın alıb, bəziləri isə bir neçəsini alıb ki, gəlib burada satsınlar, 5-10 manat çörəkpulu qazansınlar. Görək necə olacaq, Allah kərimdir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam