Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

"İlkin ödənişin çox olması avtomobil kreditlərindən istifadəni xeyli məhdudlaşdırır"

 

Avtomobillərin satışında qiymətlərin yenə aşağı düşəcəyi gözlənilir. 

"Xeberinfo.com":  Məlumata görə, bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramlı bildirib.
2015-ci ilin birinci yarısında qiymətlərin 6 faizə qədər azaldığını deyən ekspertin sözlərinə görə, bunun bir neçə səbəbi var: “Əsas səbəblərindən biri məhz avtomobil kreditləri ilə bağlı şərtlərin ağırlaşdırılması və maşınların satışında ilkin ödənişin artırılmasıdır. Hazırda yeni avtomobillərin kreditlə satışı ən azı 40 faizdir. 30 min manata avtomobil alan şəxs ən azı 12 min manat ilkin ödəniş etməlidir. Köhnə avtomobillər üçün ilikin ödəniş 60, hətta bəzi hallarda 80 faizdir. İlkin ödənişin çox olması avtomobil kreditlərindən istifadəni xeyli məhdudlaşdırır. Bu da öz növbəsində təbii ki, bazarda tələbatın azalmasına və durğunluğa gətirib çıxarır”.
2015-ci ilin sonuna qədər avtomobillərin satışının 8 faizə qədər azalacağını deyən V.Bayramlı buna “Avro 4” standartının tətbiqinin təsirini də istisna etmir.
Onun sözlərinə görə, köhnə və ucuz avtomobillərin Azərbaycana gətirilməsinin qadağan olunması bu sahəyə tələbatı azaldıb: “Həm “Avro 4”, eyni zamanda “Avro 3”, “Avro 2” və “Avro1” standartlı avtomobillərin qiymətlərində azalma var. Bu baxımdan 2015-ci ilin birinci yarısında avtomobil bazarında durğunluq olub, ikinci yarısında da tələbatın aşağı olacağı gözlənilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam