Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Maşın bazarında anormallıq -Alıcı azalır, qiymət bahalaşır

 

Müşahidələrimiz göstərir ki, avtomobil bazarında  durğunluq dövrü yaşanır. Amma əhalinin gəlir yerlərinin ciddi şəkildə məhdudlaşdığı bir zamanda ikinci əl avtomobillərin qiymətinin artması ilə bağlı bəzi məlumatlar yayılmaqdadır.

Yenixeber.org:  Hazırda avtomobil bazarında vəziyyət necədir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı Modern.az-a açıqlamasında  deyib ki, avtomobil bazarında qiymətlərin qalxması son 1-2 ayın prosesləri deyil.

 

“Hazırda avtomobillərin qiyməti stabilləşməyə doğru gedir. Aparılan tədqiqatlar göstərir ki, son 1 il ərzində ikinci əl avtomobillərin qiymətində əvvəlki illərlə müqayisədə artım olub. 2000-ci ilə qədər istehsal olunmuş avtomobillərdə 10-15 faiz, 2000-2009-ci illərdə istehsal olmuş avtomobillərdə 20 faizə qədər, 2009-2015-ci illərdə istehsal olunan avtomobillərdə isə 20-30 faiz arasında qiymət artımı baş verib. Hazırda maşın bazarında alıcı qıtlığı müşahidə edilir. Avropa istehsalı olan maşınlara təlabat isə Rusiya istehsalı olanlardan daha çoxdur”.

 

Ekspert bildirib ki, ölkəyə idxalın məhdudlaşması istismarda olan nəqliyyat vasitələrinin qiymətinə təsir göstərir.

“Bu artıq baş verib.  Məsələn, 2013-2014-cü illərdəki göstəricilərlə müqayisədə hazırda idxal 10 dəfə azalıb. 2016-ci ildəki göstəricilərlə müqayisədə isə indiki idxal 5-6 dəfə azalıb. Ölkəyə idxalın azalması  avtomobil bazarına da öz təsirini göstərib. Əvvəlki illərlə müqayisə etsək, avtomobil alanların sayında da xeyli azalma müşahidə olunur. Mən hesab edirəm ki, bundan sonrakı dövrdə avtomobillərin qiymətində elə bir ciddi artım müşahidə olunmayacaq. Çünki təkrar avtomobil bazarı üzrə avtomobil parkı qocalmağa doğru gedir. Yəni ölkədə olan avtomobillərin ili köhnəlir, istər-istəməz onların qiyməti azalacaq. Hazırda isə heç bir avtomobilin qiymətində azalma müşahidə olunmur. Sadəcə olaraq stabilləşmə var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam