Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Azərbaycandan Rusiyaya ərzaq məhsullarının ixracı artırıb

 

Son 4 ay ərzində Azərbaycan, Belarus və Qazaxıstandan Moskvaya ət və süd məhsullarının ixracı ikiqat artıb. Ümumilikdə satışa çıxarılan malların çeşidi demək olar ki, azalmayıb.
"Xeberinfo.com": Məlumata görə, bu barədə jurnalistlərə Moskva Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk deyib.
Çeşidlərin təhlili, əsasən, istehlak səbətinə daxil olan 40 əsas ərzaq üzrə aparılıb.
A.Nemeryukun sözlərinə görə, Moskvanın xidmət şəbəkələri Rusiyaya gətirilməsinə qadağa qoyulan məhsulların əvəz edilməsinin öhdəsindən pis gəlməyib: "Haradasa biz də onlara kömək etdik. Biz bir neçə dəfə Belarusa səfər etdik. Ət və süd məhsullarının dövriyyəsi son dörd ay ərzində demək olar ki, iki dəfə artıb. Azərbaycan və Qazaxıstandan olan digər həmkarlarımızla da vəziyyət eynidir".
O, əlavə edib ki, şirkətlərin təhlilinə əsasən, çeşidlər demək olar ki, azalmayıb: "Bir mövqe azalıb, üçü isə artıb. Beş, yaxud altı faiz düşüb, ola bilsin ki, on faiz artıb. Onların başqa həcmdə olması ayrı məsələdir".
Qeyd edək ki, Azərbaycanın xarici ticarət tərəfdaşları siyahısında Rusiya 4-cü yeri tutur. Bu ilin yanvar-noyabr aylarının yekunları üzrə Rusiya ilə ticarət dövriyyəsi 1,77 milyard dollar təşkil edib. Bu da ölkənin ticarət əməliyyatlarının ümumi həcmində 6,13 faiz təşkil edir.
Azərbaycan məhsullarının ixracının həcminə görə Rusiya onuncu yerdədir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam