Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Millət vəkili AKP iqtidarını suçladı

 

 

MHP millət vəkili Ərdoğan-Davudoğlu iqtidarını Türkiyənin unitar dövlət təməllərini sarsıtmaqda ittiham edib

"Xeberinfo.com":  Milliyyətçi Hərəkat Partiyasının İstanbul millət vəkili Atilla Kaya Türkiyə Böyük Millət Məclisindəki 2015-ci ilin büdcə müzakirələri zamanı prezident Ərdoğanı və baş nazir Davudoğlunu sərt tənqid edib. Millət vəkili yeni hökuməti Türkiyə Cümhuriyyəti tarixinin ən uğursuz komandası adlandırıb: “İndi 1150 otaqlı sarayında oturan hörmətli Ərdoğan prezidentlik məqamına keçməzdən cəmi bir gün öncə partiyasının toplantısında sədrliyi Əhməd Davudoğluna verib və ona yeni kabinetdə baş nazir postuna gətirib. Öncə baş nazir Ərdoğanın xarici siyasət məsələləri üzrə məsləhətçisi, daha sonra isə xarici işlər naziri olan Davudoğlu cümhuriyyət tarixinin ən başarısız, ən arzuedilməz sonuclar verən xarici siyasət addımlarının memarıdır. 

 
Bunu anlamaq üçün “Bosniyada bizi sevirlər”, “Fələstində bizi alqışlayırlar”, “Morada bizə təşəkkür edirlər”, “Arakanda bizə dua edirlər” ritorikasından əl çəkib sərhədlərimizin o üzündəki cəhənnəmi, sərhədlərimiz daxilindəki milyonlarca qaçqını görmək yetərlidir. Biz anladıq ki, onun xəyal dünyasında “strateji dərinlik” adlandırdığı siyasət bir kor quyudur. İndi yeni xarici işlər nazirinin işi həm çətin, həm də çox asandır. Ona görə çətindir ki, ayaq altında sürünən bir xarici işlər nazirliyinin problemlərini çözmək və onu yerdən qaldırmaq məcburiyyətindədir. 
 
Asandır ona görə ki, xarici siyasət elə bir səviyyəyə düşüb ki, ən mənasız gəlişmə belə uğur təsiri bağışlayacaq. İlk siyasi təcrübəsini Türkiyəyə nələrə başa gəldiyini anlatmağa çalışdığı Davudoğlu ilə bağlı verilməli ilk sual budur – Böyük Ortadoğu projesinin həmsədri, “iqtidarım boyunca hər istədiklərini verdim” dediyi, amma nazirlərinə rüşvət ittihamı ilə istintaq başlayınca yox etmək istədiyi “paralel dövlət”in amansız düşməni, ayaqqabı qutularının amansız qoruyucusu, ölkəsi regionun güclü dövləti, özü isə dünya lideri olan 1150 otaqlı sarayda oturan “millətin adamı” baş nazirlik kürsüsünü əmanət etmək üçün niyə belə uğursuz naziri seçib? 
 
Bəllidir ki, hörmətli Davudoğlu sələfi tərəfindən ən uyğun namizəd kimi görünüb. Ərdoğanın ondan istədiyi nədir? Əlbəttə rüşvət istintaqlarının qapadılması, unitar dövlətin çökdürülməsi bahasına terrorçubaşı ilə bazarlığın davam etdirilməsini, “paralel dövlət” olaraq adlandırdıqları keçmiş ortaqlarının ortadan qaldırılmasını, ən nəhayətdə dövlətin bir nəfərin iradəsindən asılı duruma gətirilməsini”. 
Atilla Kaya çıxışını hökumət üzvlərinin cümhuriyyət təməllərini sarsıtmasına yönəlik addımlarını sadalamaqla davam etdirib: “Dəyərli millət vəkilləri! AKP sədrliyi və baş nazir kürsüsünün uğursuz bir nazirə əmanət edilməsinin sirri onun “aldım, qəbul etdim” dediyi yeni Türkiyəni davam etdirmə iradəsində axtarılmalıdır. Adı təkzibolunmaz rüşvət faktlarında hallanan 4 nazirini ədalət məhkəməsindən xilas edib, özünü hakim yerinə qoyan, həddi olmadığı halda “məhkəmə qərarı gərək deyil, qapını sındırın həbs edin” deyən, vəzifəsi asayişi qorumaq olduqda isə “bölgədə hakimiyyətimizi getdikcə itiririk” deyən daxili işlər nazirə, partiya maraqları üçün qanunları pozmağın mümkünlüyünü etiraf edən bir ədliyyə nazirinə, “sürəci ən yaxşı dəyərləndirən Öcalandır” deyən bir baş nazir müavininə, bilərəkdən 29 Oktyabr Cümhuriyyət Bayramı ilə eyni günə salınan müqəddəs bayrağımızın endirilməsi vaqeəsinə “xəbərim var, mən əsgərin naziriyəm” deyən milli müdafiə nazirinə, 3 əsgərimiz şəhid edildikdən sonra “terrorçunun da bir şərəfi, qüruru olur” deyən iqtisadiyyat nazirinə kabinetində yer verən baş nazir Davudoğlunun yeni Türkiyə məsələsində sələfindən fərqli düşünmədiyinin göstəricisidir”.
MHP millət vəkilinin fikrincə, indiki iqtidar Türkiyəni böyük fəlakətlərə sürükləməkdə, dövlətin və millətin təhlükəsizliyinə ciddi təhdidlər yaratmaqdadır: “Qarşımızda yeni bir baş nazir var, amma yeni bir iqtidar yoxdur, yeni bir zehniyyət, yeni hədəflər yoxdur. Çox təəssüf, bizlər hökumətdən yeni düzən umacaq durumda deyilik. Yenə şəxsi mənfəətlərə görə milli maraqlar yox sayılacaqdır, yenə də xarici siyasət onu daxili siyasətin vasitəsi halına gətirənlərə görə bizi məyus etməkdə davam edəcək. Suriyanın, Fələstinin, Misirin problemlərini öz daxili işləri kimi gördüklərini deyənlərin ölkənin iç işlərini görməkdə aciz və bacarıqsız olduqlarını üsyan məşqlərində, muxtariyyət xülyaları ilə düzənlənən iğtişaşlarda bir daha görəcəyik. İqtidar tərəfdarlarına peşkəş edilən hədsiz səlahiyyətlər fonunda hüququn qətl edilməsi davam edəcək. 
Davudoğlu Ərdoğanın yeni Türkiyəsini idarə etsin deyə seçilməyib. Bunu ən yaxşı bilən Davudoğlu özüdür. Dəyərli millət vəkilləri, baş nazirin ritorikasına diqqət etsəz, bir anlayışın özəlliklə önə çıxarıldığını görəcəksiniz. Söhbət ictimai asayişdən gedir. Terrorçularla aparılan bazarlıqlar tutmadıqda ictimai asayiş haqqında danışılmırdı, Türkiyə bayrağı endiriləndə, məktəblər yandırılanda, Atatürkün büstləri uçurulanda ictimai asayiş haqqında danışılmırdı. Bu hökumətin ictimai asayiş qavramı altında düşündüyü məsələ siyasi rəqiblərin zərərsizləşdirilməsinə yönəlikdir. Hüquq elmi ilə tanış olanlar isə bilir ki, ictimai asayiş milli təhlükəsizliyin əsas təminatçısı, toplumun birgə maraqları, vicdanı və əxlaqı anlamına gəlir. 
Ayaqqabı qutularındakı paralar da, yataq otaqlarındakı para kassaları da, qollardakı 700 min lirəlik saatlar da, rüşvəti qanuniləşdirən fətfalar da, arsız iqtidar zənginlərinin milləti söymələri də, iqtidara tabe media orqanları da, özünə “millətin adamı” deyib 1150 otaqlı saraylarda oturmaları da milli təhlükəsizliyi təhdid etməklə yanaşı ictimai asayişi hər an poza biləcək gerçəkliklərdir. Hörmətli Davudoğlu röyasında Hegellə söhbət etdiyini deyib. Görünür, Hegel tarix fəlsəfəsini önəmli bir anlayışı olan ağlın hiyləsi məsələsində Davudoğluya xəbərdarlıq etməyib. Belə olmasaydı, o, Osmanlının dirçəldilməsini düşünərkən cümhuriyyətin süqutuna “tövhə verəcək” duruma düşərdimi? Buradan Davudoğluna bir xatırlatmada bulunmaq istəyirəm. Hörmətli baş nazir, dövlət imkanlarını yandaşlarına peşkəş edən, dövlət vəzifələrini öz əsabələrinə paylayan, qanunları öz maraqlarına uyğun hazırlayan, dövlətin gücünü onlardan olmayanların haqq və hüquqlarını əlindən almaq üçün qullanan, lüks və ehtişam içində saraylarda hökmranlıq edən idarəçilərin, sultanların qaibətini tarixdən bir daha öyrənin. Səfinizi və mövqeyinizi buna görə bəlirləyin”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam