Ərdoğan yeni hökuməti təsdiq etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş nazir Əhməd Davudoğlunu qəbul edib.
"Xeberinfo.com": Məlumata görə, Axar.az xəbər verir ki, bu dəqiqələrdə başa çatan görüşdə baş nazir yeni hökumətdə təmsil olunan nazirlərin siyahısını prezidentə təqdim edib. Görüşdən sonra prezidentin təsdiq etdiyi müvəqqəti Nazirlər Kabineti ictimaiyyətə təqdim olunub.
Ərdoğanın təsdiqi ilə Türkiyə tarixində ilk dəfə keçici hökumət qurulub. Belə ki, CHP-dən Dəniz Baykal, Ərdoğan Toprak, Gülsün Bilgəhan, İlhan Kəsici, Təkin Bingöl, MHP-dən Kənan Tanrıkulu və Meral Akşənər və HDP-dən Ləvənt Tüzelin nazir təklifini rədd etdiyi keçici hökumətdə MHP-dən Toğrul Türkeş və HDP-dən Müslüm Doğan ve Əli Heydər Konca “Hə” deyib.
Maraqlıdır ki, sabiq prezident Abdullah Gül-ün qurduğu 58-ci hökumət də daxil olmaqla AKP-nin 13 illik iqtidarı ərzində bütün kabinetlərdə yer alan Əli Babacan millət vəkili olmadığı üçün yeni siyahıda yer almayıb.
Əli Babacandan savayı baş nazirin müavini Bülent Arınç, Sosial Müdafiə naziri Faruk Çelik, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız, Kənd Təsərrüfatı naziri Mehdi Eker, Gömrük naziri Nurəddin Cannikli, Mədəniyyət və Turizm naziri Ömər Çelik və Müdafiə naziri Vecdi Gönülün nazir postunun təsdiqlənməsi gözlənilir.
Daqvudoğlu yeni kabineti belədir:
Baş nazir: Əhməd Davudoğlu
Ədalət naziri: Kənan İpək
Xarici İşlər naziri: Firudin Sinirlioğlu
Kənd Təsərrüfatı naziri: Qudbəddin Arzu
Daxili İşlər naziri: Selami Altınok
AB naziri: Əli Haydar Konca
Maliye naziri: Mehmet Şimşek
İqtisadiyyat naziri: Nihat Zeybekçi
Milli Təhsil naziri: Nabi Avcı
Səhiyyə naziri: Mehmet Müezzinoğlu
İş və Sosial Müdafiə naziri: Ahmet Erdem
Meşə və si işləri naziri: Veysel Eroğlu
Mədəniyyət ve Turizm naziri: Yalçın Topçu
Şəhərsalma naziri: İdris Güllüce
Gənclik və İdman naziri: Akif Cağatay Kılıç
Baş nazirin müavini: Cevdet Yılmaz
Baş nazirin müavini: Yalçın Akdoğan
Baş nazirin müavini: Numan Kurtulmuş
Baş nazirin müavini: Tuğrul Türkeş