Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Aİ Ukraynaya yardım etdi

 

thumbs

     Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Yohannes Han və Ukraynanın iqtisadi inkişaf və ticarət naziri vəzifəsini icra edən Valeri Pyatnitski bu gün “Ukraynanın regional siyasətinə dəstək” adlı yeni proqramın maliyyələşməsi üçün müqavilə imzalayıblar.

     "Xeberinfo.com": Bu proqram 55 milyon avroluq yardımla Ukraynanın desentralizasiya və regional siyasət islahatlarını dəstəkləyəcək. Aİ fondları bu il avqustun 6-da Ukrayna hökuməti tərəfindən qəbul olunan “2020-ci il dövlət regional inkişaf strategiyası”nın icrasını dəstəkləyəcəklər.

“Ukrayna ilə bağladığım ilk maliyyə müqaviləsi lap ürəyimdən olan məsələ ilə bağlıdır.
Aİ-nin sabiq regional siyasət komissarı kimi bu sahənin ölkənin inkişafı və rəqabətə davamlılığı üçün nə qədər vacib olduğunu bilirəm. Bu müqavilə ilə Aİ Ukraynanın desentralizasiya və regional siyasət islahatlarını dəstəkləyəcəyini bildirir. Aİ fondları Ukraynanın “2020-ci il dövlət regional inkişaf strategiyası”nın 3 hədəfinin hamısını – regionların rəqabətə davamlılığına, bölgələrdə sosial-iqtisadi birliyə, regional inkişafa effektiv nəzarəti dəstələyəcək”, – komissar Han bildirib.

Ukraynanın regional siyasətinə dəstək regional siyasətlə bağlı qanunvericiliyin inkişafına səbəb olacaq. Yerli icra orqanlarının maliyyə müstəqilliyinə, regionların yüksək rəqabətə davamlılığına, bölgələrdə sosial-iqtisadi birliyin artmasına gətirib çıxaracaq. Bu fondlar üzrə Ukrayna dövlət büdcəsinə ödənişlər 2015-2018-ci illərdə 4 mərhələdə həyata keçiriləcək.

Qısa arayış

Ötən 6 ildə Aİ-Ukrayna əməkdaşlığında regional inkişaf prioritet məsələ olub. Aİ müxtəlif proqram və layihələrlə Ukraynada regional siyasətini dəstəkləyib. Aİ bunu büdcəyə dəstək, texniki yardım və üzv ölkə müdiriyyəti ilə “tvinning” əməkdaşlıq proqramı vasitəsilə həyata keçirib.

Regional siyasət Aİ-nin özündə də ən vacib siyasətlərdən biridir. Bu isə öz növbəsində infrastrukturların, iş yerlərinin yaradılması, innovasiya və müxtəlif Avropa regionları arasında uyğunsuzluğun azaldılması kimi sahələrdə real və mühüm nəticələrə səbəb olub. Regional siyasətin tərkib hissəsi kimi birlik siyasəti 2004-2007-ci illərdə qoşulan üzv ölkələr üçün əsas rol oynayıb.  Regional siyasət Aİ-nin 2014-cü il büdcəsinin 45%-ni əhatə edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam