Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Filippin ABŞ-ın F-16 qırıcılarından imtina etdi

 

 

Filippin prezidenti Rodriqo Duterte ABŞ-dan F-16 qırıcı təyyarələrini almaqdan imtina edərək, onları tamamilə faydasız adlandırıb.
Yenixeber.org: Bu barədə R.Duterte Davo şəhərində hərbçilər qarşısında çıxışı zamanı bildirib.
“Bizə F-16-lar lazım deyil. Lakin onlar bizi təhqir etmələrinə baxmayaraq, bu məsələni bir daha qaldırırlar” – Duterde söyləyib.
Dövlət başçısının bu cür reaksiyasına ABŞ-ın müdafiə naziri Ceyms Mettisin, dövlət katibi Mayk Pompeonun və ticarət naziri Uilbir Rossun imzaladıqları birgə məktub səbəb olub. R.Dutertenin sözlərinə görə, Vaşinqtonun bu addımı Filippin hökumətinə qarşı çoxsaylı çıxışlardan sonra “barışıq” cəhdi təsiri bağışlayır.
Filippin prezidenti qeyd edib ki, F-16-ların əvəzinə Filippinə qiyamçılarla mübarizə aparmaq üçün yüngül, porşenli təyyarələr lazımdır. O, həmçinin ABŞ-ı ölkənin silahlı qüvvələrinin müasirləşməsinə maneə yaratmaqda günahlandırıb.
Bununla yanaşı, R.Duterte vurğulayıb ki, Vaşinqton ilə Manilanı dost adlandırmaq çətindir: “Biz dostuq, lakin unutmaq lazım deyil ki, bu, illər əvvəl bizim müstəmləkə olmağımızla bağlıdır. Biz belə dostluğa razılıq verməmişik”.
Xatırladaq ki, ötən ilin mayında R.Duterte ordu ilə yaraqlılar arasında baş verən silahlı toqquşmadan sonra cənubda yerləşən Mindanao əyalətində fövqəladə vəziyyət elan edib. Döyüşlər əsasən Maravi şəhərində gedib. Həmin döyüşlər zamanı 160 hərbçi həlak olub, 1700 nəfər yaralanıb və 800 yaraqlı məhv edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam