Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyanın silahları ABŞ-ı narahat edir

 

Rusiyanın silahları Pentaqonu narahat edir
ABŞ müdafiə nazirinin Asiya və Sakit okeanı regionunda təhlükəsizlik məsələri üzrə müavini Randall Şriver bəyan edib ki, Vaşinqtonun daha faydalı tərəfdaş olması nəzərə alınaraq, Filippin Respublikasının Rusiyadan hərbi texnika almaq planları Amerika ilə əməkdaşlığa xələl gətirə bilər.
Yenixeber.org: Bu barədə Filippinin “Rappler” informasiya agentliyi məlumat yayıb. Manilada Filippinin rus hərbi texnikası almaq istəyini jurnalistlərə şərh edən Şriver vurğulayıb ki, rəsmi Manila bu planı üzərində yaxşı düşünməlidir.

“Əgər Filippin rus hərbi texnikasını almağa davam edəcəklərsə, düşünmürəm ki, bunun bizim əməkdaşlığımıza köməyi dəysin. Çünki zənnimcə, son nəticədə biz ruslardan daha yaxşı tərəfdaş ola bilərik”, – deyə Pentaqon rəsmisi bildirib.

Qeyd edək ki, Filippinin xarici işlər naziri Alan Piter Kaetano rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Vaşinqtonun mümkün sanksiyalarına baxmayaraq, rəsmi Manilanın rus silahlarını almaqdan imtina etməyəcəyini bəyan edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam