Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Filippin prezidenti Obamanı yenidən təhqir etdi: "Əxlaqsız qadının oğlu"

duterte

Xeberinfo.com:  Xarici KİV-ə istinadla xəbərə görə, Filippinin prezidenti Rodriqo Duterte ABŞ prezidenti Barak Obamanı növbəti dəfə təhqir edib və bildirib ki, ölkəsi üçün «ABŞ-la vidalaşmağın vaxtı çatıb». Bu bəyanatı preziden Duterte Çinə səfərinin gedişi zamanı səsləndirib.

«Sizin mənim ölkəmdə olmağınız elə özünüzün şəxsi mənfəətiniz üçün istifadə olunub. Odur ki, vidalaşmağın vaxtı çatıb, dostlar» - deyə, «Channel NewsAsia» Filippin prezidentindən sitat gətirir.

Duterte bəyan edib ki, o, ölkəsinin Qərb tərəfindən diktə olunan xarici siyasətindən “xirtdəyə qədər doyub” və bu xətti dəyişmək niyyətindədir. Prezident əlavə edib ki, bir daha ABŞ-a getməyəcək, ona görə ki, orada «yalnız təhqir olunacaq». Daha sonra Duterte amerikalı həmkarını bir daha «əxlaqsız qadının oğlu» adlandırıb.

Rodriqo Duterte özünün qalmaqallı fikirləri ilə məhşurdur. Belə ki, bundan əvvəl o, ölkəsində narkotiklərlə mübarizədən danışarkən, özünü Almaniyanın faşist kansleri Adolf Hitlerlə müqayisə edib. Bundan da əvvəl Çində keçirilən G20 sammiti ərəfəsində Duterte ABŞ prezidenti Barak Obamanı «əxlaqsız qadının oğlu» adlandırmış, ardınca isə onun narkotiklərlə mübarizə üsullarını pisləyən bəyannamə qəbul etdiyinə görə, Avropa İttifaqını «cəhənnəm olun!» deyə, təhqir etmişdi.

Duterte ölkəsinə 2016-cı ilin may ayından rəhbərlik edir. Prezident seçildikdə sonra ölkədə narkotiklərə və narkomanlara qarşı genişmiqyaslı mübarizəyə start verib. Polisin məlumatına görə, fəaliyyətə başlayandan bəri o, ölkəsində 2,4 min nəfəri edam etdirib. «The Guardian» qəzetinin yazdığına görə, Duterte 87 edam prosesində şəxsən iştirak edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam