Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Amerikada siyasi inqilab gerçəkləşə bilər

 

Amerikalılar siyasətçilərin əksəriyyətinin arxasında dayanan korporasiyaları kor-koranə seçməyə məcburdurlar və seçkiqabağı kampaniyalar zamanı bütün milli KİV-lərdəki siyasi reklamlar vətəndaşları çaşdırır, onları mühüm problemləri həll etmək cəhdindən yayındırır. 

"Xeberinfo.com":Bu fikirlər “The Nation”un şərhçisi Con Nikolsun məqaləsində yer alıb. Onun fikrincə, ABŞ konqresinə aralıq seçkilərinə hazırlıq kampaniyaları demokratiyaya deyil, dollarokraniyaya hazırlıq idi.  
 
Vətəndaşların rəyi birinci dərəcəli rol oynayan, səsvermənin son nəticələri isə seçicilərin iradəsini əks etdirən demokratiyadan fərqli olaraq dollarokratiyada durum tamam başqa cür olur: pul və korporasiyalar siyasətçilərə hərəkət xəttini sanki diktə edirlər. ABŞ-da hər bir seçkiqabağı kampaniya əvvəlkindən daha başa gəlir və hökumət “donorların” tələblərinə reaksiya verməyə bilmir. Bu durum açıq-aydın daxili böhrandan xəbər verir.
Lakin dollaokratiyanın əlamətləri özünü yalnız maliyyə məsələlərində deyil, milli KİV-in materiallarındakı təzyiqlərdə də göstərir. Şərhçinin fikrincə, Amerika demokratiyasını dirçəltməyin yeganə yolu – 2016-cı ilin prezident seçkilərinə hazırlaşmaqdır. Bu seçkilər Amerikada siyasi inqilabı gerçəkləşdirə bilər. Ancaq “Nation”un şərhçisi Berni Sandersin fikrincə, bununçün bugünkü siyasi, iqtisadi və media elitası ilə vuruşmaq lazım gələcək. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam