Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

ABŞ neft nəhənglərinə savaş açır

 

ABŞ müxtəlif ölkələrlə ticarət savaşlarının ardınca indi də konkret təşkilatların üzərinə yeriməyə hazırlaşır.
Yenixeber.org:  Bu sözləri ABŞ-da Konqresin baxışına təqdim edilən “Neft istehsal və ixrac edən kartellərə qarşı addımlar haqqında” qanun layihəsi ilə bağlı danışarkən iqtisadçı Rövşən Ağayev deyib.
Ekspert bildirib ki, sözügedən qanun layihəsi neft bazarındakı sövdələşmələrə kölgə salır:
“Neft istehsal və ixrac edən kartellərə qarşı addımlar haqqında” qanun layihəsi 100 il əvvəl qəbul edilmiş “Şermanın antiinhisar” Qanununun tələblərinin OPEK-ə tətbiq edilməsini nəzərdə tutur. O zaman “Şerman qanunu” Rokfeller imperiyasının monopoliya gücünün sarsıdılmasını hədəfə almışdı. Əslində, bu qanun layihəsi 2000-ci ildə hazırlansa da, Buş və Obama Konqresi sənədə veto qoymaqla hədələmişdi. Bu dəfə isə Hüquq Komitəsi layihəni bəyənib. Görünür, ABŞ müxtəlif ölkələrlə ticarət savaşlarının ardınca indi də konkret təşkilatların üzərinə yeriməyə hazırlaşır”.
İqtisadçının sözlərinə görə, ABŞ OPEK-lə savaşa girsə, neft bazarında çox mürəkkəb proseslər baş verəcək:
“ABŞ-ın gündəlik xam neft tələbatı 19 milyon barreldir. Bunun isə cəmi 12 milyon barreli daxili istehsal hesabına təmin edilir. Yaxın 2-3 ildə idxaldan asılılığın 1-1.5 milyon barrelədək azaldılması gözlənsə də, ümumi asılılıq əmsalının azı 30% səviyyəsində qalacağı proqnozlaşdırılır. Bahalı neft idxalı isə ABŞ üçün ciddi problemə çevrilən ticarət kəsirini bir az artırır. Nəzərə alaq ki, ABŞ dünyada bütün neft məhsullarının tam 20%-ni istehsal edir və bu həcmə görə 1-ci yerdədir. Üstəlik, ABŞ yüksək texnologiya sayəsində neft məhsullarının emal dərinliyinə, yəni hər ton xam neftin hazır məhsul çıxarına görə də dünyada 1-ci yerdədir. Ucuz xam neft ABŞ-ın ticarət defisitini azaltmaqla yanaşı, neft emalı sənayesi üçün də vacibdir. Bir sözlə, Çin, AB ilə ticarət müharibəsindən fərqli olaraq, ABŞ-ın OPEK-lə savaşının zərbəsi sərhədlərimizə kimi gəlib çıxa bilər. Hər cür varianta hazır olmaq lazımdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam