Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“İŞİD parçalanır”

Alman mütəxəssis: “İŞİD parçalanır”

 

 

 

        Almaniyalı Yaxın Şərq analitiki Udo Steinbaç İŞİD-in parçalanacağını açıqlayıb.

  "Xeberinfo.com": Axar.az xəbər verir ki, “Fokus onlayn” (“Focus Online”) jurnalına müsahibə verən mütəxəssis İŞİD-in ən təhlükəli dövrünün geridə qaldığını bildirib: 
  “Biz yaxın bir zamanda təşkilatın bölünəcəyinin şahidi olacağıq. Bu, bu gün və ya sabah olmayacaq. Ancaq ən təhlükəli dövr geridə qaldı”.
    Koalisiya qüvvələrinin hücumu nəticəsində 30 İŞİD liderinin öldürülməsindən sonra bu qənaətə gəldiyini deyən Steinbaç kəşfiyyat məlumatlarına əsasən təşkilatın parçalanmaq ərəfəsində olduğunu deyib: 
    “İŞİD daxilində fikir ayrılığı var. Detallar dəqiq bilinməsə də, bəzi qüvvələr Bağdadinin liderliyində olan təşkilatdan narazıdır. Bu narazılığın böyüyəcəyi və sonda parçalanmaqla nəticələnəcəyini düşünürəm”.
     Bir neçə gün əvvəl kürd silahlı birləşmələrinin İraqın şimalındakı Zumar şəhəri yaxınlığında strateji məntəqələri azad etdiyini və İraq ordusunun Bağdadın 60 kilometr cənubunda Əl Saxar şəhərini İŞİD-dən təmizlədiyini xatırladan mütəxəssis terror təşkilatının zəiflədiyini qeyd edib: 
“Mən bunun dönüş nöqtəsi olduğunu düşünürəm. Əvvəllər İŞİD terrorçuları tərəfindən sürpriz faktoru vardı. Amma indi bunu görmürük. İŞİD məhv olsa da, üzvləri məhv olmayacaq. Onlar bir neçə təşkilata bölünərək mübarizə aparacaqlar”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam