Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

AXC-nin 100 illiyi ilə bağlı Budapeştdə aksiya keçirilib

   Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümünün bayram edilməsi çərçivəsində Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü, dəstəyi və bu ölkədə təhsil alan Azərbaycanlı tələbələrin, habelə onların digər ölkələrdən olan dostlarının iştirakı ilə Budapeştdə "100 tələbə" adlı aksiya keçirilib

Yenixeber.org: Bu barədə  Azərbaycanın Macarıstandakı səfirliyindən bildiriblər.

Aksiya Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə ali təhsil almaq məqsədi ilə Avropanın müxtəlif ölkələrinə göndərdiyi 100 nəfər gəncin xatirəsinə həsr edilib. Həmin dövrdə təhsilə göndərilənlərin sayına uyğun olaraq aksiya 100 nəfərin iştirakı ilə nəzərdə tutulsa da, yürüşə yalnız Budapeştdən deyil, Macarıstanın digər şəhərlərindən də gəlmiş 150 nəfərə qədər gənc oğlan və qız qatılıb. Onlar Budapeştin tarixi Qəhrəmanlar meydanından Azərbaycan Səfirliyinə doğru yürüş ediblər. Yürüşdən əvvəl isə Qəhrəmanlar meydanında “Azərbaycan Respublikası - 100 il” yazılı ağ köynək geyinmiş 100 tələbənin iştirakı ilə Azərbaycan bayrağının rənglərini və 100 rəqəmini görüntülü nümayiş etdirən “fleşmob” təşkil olunub. Azərbaycan himnini ucadan oxuyan tələbələr müxtəlif şüarlar səsləndirərək yerli əhalinin və turistlərin xüsusi ilə intensiv olduğu Andraşi prospekti ilə səfirliyə doğru hərəkət ediblər. Burada səfirliyin böyük zalında tələbələrin, səfirlik əməkdaşlarının, macar mediası nümayəndələrinin və diaspora üzvlərinin iştirakı ilə Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli görüş keçirilib.

Görüş Azərbaycan dövlət himninin canlı ifası ilə başlayıb. Səfir Vilayət Quliyev tələbələr qarşısında çıxış edərək, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2018-ci ilin Cümhuriyyət ili elan edildiyini bildirib və bununla əlaqədar səfirliyin hazırladığı silsilə tədbirlər planı çərçivəsində “100 tələbə” yürüşünün təşkil olunduğunu bildirib. Səfir XX əsrdə Azərbaycan dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri olan Azərbaycan Cümhuriyyətinin yarandığı mürəkkəb tarixi dövr, Cümhuriyyətin Azərbaycan xalqının tarixində oynadığı rol, milli hökumətin müxtəlif sahələrdəki - xarici siyasət, mədəni və hərbi quruculuq və s. fəaliyyəti haqqında geniş məlumat verib. Vilayət Quliyev ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökumətinin milli kadrların hazırlanması üçün yollar axtardığını diqqətə çatdıraraq, çətin hərbi-siyasi vəziyyətdə azərbaycanlı gənclərin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qərar verildiyini bildirib.

Çıxışda memarlıq və kənd təsərrüfatından tutmuş təyyarə və gəmiqayırmaçılığa qədər, dövlət hesabına 100 nəfər azərbaycanlı tələbənin Avropanın ən yaxşı universitetlərinə göndərildiyi qeyd olunub, səfirliyin təşəbbüsü reallaşan “100 tələbə” aksiyasının da gənclərin yaddaşında yaşatmaq üçün təşkil edildiyi vurğulanıb. Səfir Macarıstan universitetlərində təhsil alan gəncləri bu mühüm tarixi hadsədən nümunə götürməyə, təhsillərini uğurla başa vuraraq vətənə və xalqa layiqli vətəndaş və mütəxəssis kimi yetişməyi tövsiyyə edib.

Sonra Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakından və Azərbaycanın dövlət müstəqilliyini tanıtmaq yolunda onların mübarizəsindən bəhs edən “Ədəbi ezamiyyət” filminə baxış keçirilib. Səfirlikdə “100 tələbə” aksiyasının iştirakçıları üçün qəbul təşkil edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam