Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SURİYADA TAXT OYUNLARI:Əsəd ailəsinin daralmış "daxili çevrə"sindəki qaliblər və fərarilər

II hissə

 

Yenixeber.org: Mahir Əsəd Suriya prezidentinin hazırkı ətrafında ikinci nüfuzlu şəxslə, dayısı oğlu Rami Məxlufla olduqca ziddiyyətli əlaqələrə malikdir. Lakin onların münasibətləri müəyyən sahələrdə tərəfdaşlıq əsasında ola bilər. O cümlədən Livanda və BƏƏ-də, müharibədən əvvəlki şərikli biznes layihələrində. Ancaq digər sahələrdə rəqiblər kimi çıxış edirlər.

Kiçik Əsədin maraqlarını təmsil edən mühüm iş ortağı Məhəmməd Həmşodur. O, müxtəlif hökumətyönlü KİV-lərin, məsələn, “Addounia” holdinqinin maliyyələşdirilməsində iştirak edir, üstəlik, “Hamsho International Group“un sahibidir, “Middle East Marketing” və “Syria International for Artistic Production”, habelə “Al-Sham” holdinqlərində səhmdardır. Məhəmməd Həmşo, həmçinin Mahir Əsəd və Rami Məxlufun biznes strukturları arasında əlaqələndiricidir.

Ümumiyyətlə, Mahir Əsəd olduqca müstəqil fiqurdur. Bəşər Əsədin müəyyən qərarlarına şəxsi fikirlərini sərbəst şəkildə açıqlaya və öz xəttini yürüdə bilər. Mahir Əsəd Şamda əsas "müharibə tərəfdarı" hesab olunur.

O, Suriyanın rəhbərliyində İran maraqlarının əsas dirijoru kimi tanınır. Mahir Əsədin İran xüsusi xidmətləri ilə əlaqələri danılmazdır. Münaqişənin lap əvvəlində İran hərbi mütəxəssislərini cəlb etmək təşəbbüsü də ona məxsusdur. Bundan başqa, məhz kiçik Əsədin nəzarət etdiyi bölmələrdə şiə paramilitar strukturları yaradılıb. Məsələn, 4-cü diviziya çərçivəsində fəaliyyət gpöstərn "Seyfül-Mehdi" şiə batalyonu.

 

Rami Məxluf

 

İranla təmasları, həmçinin özü ilə Bəşər Əsəd arasında qarşıdurma haqqında müxalif mənbələrdən yayılmış söz-söhbətlərə əsas olub. Belə ki, 2016-cı ildə Mahir Əsədin 42-ci diviziyanın komandanlığından çıxarılması və general-mayor rütbəsinə yüksəldilməsi ilə Baş Qərargahdakı ikinci dərəcəli mövqelərə təyin olunması ilə bağlı məlumatlar ortaya çıxıb. Guya iranlıların dəstəyi ilə Bəşər Əsədə qarşı hərbi çevriliş cəhdində ittiham olunub. Üstəlik, bu, Suriya rəhbərliyinin sülh prosesinə və müxalifətlə danışıqlara qoşulmaq xətti ilə razılaşmadığı üçün baş verib.

Lakin 2017-ci ilin yayında Mahir Əsəd Suriyanın cənubundakı Dəraa əyalətindəki əməliyyatlar zamanı həmin 4-cü diviziyanın rəhbəri idi.

Bununla belə, qardaşlar arasında mümkün münaqişə haqqında şayiələrin artması bəzi narahatlıqları əks etdirir. O cümlədən sülh prosesi hakimiyyətin "milli etimad" hökumətinə verilməsi zərurəti nöqtəsinə çatdıqda, BƏƏS-in sərt siyasət tərəfdarları və İranla əlaqəli mühafizəkar qanad məhz Mahir Əsədə dəstək verə bilər.

Onun, həmçinin, güc strukturlarına zəruri təsiri və güclü maliyyə bazası var, ən əsası məqsədə çatmaq üçün hər cür fədakarlıq etməyə hazırdır. Artıq bir dəfə, inqilabının ilk mərhələsində dinc etirazları yatırtmaqla bunu sübut edib.

Suriyada Mahir Əsəddən sonra növbəti ən mühüm və nüfuzlu şəxs Rami Məxlufdur. O, Suriya prezidenti və qardaşı Mahir Əsədlə birlikdə söz sahibi və ölkənin ən zəngin maqnatıdır. Rami Məxluf Suriyanın ən böyük mobil operatoru “SyriaTel” və “Cham Holding” şirkətinin biznes ortağı, 6 milyard $-lıq sərvətin yiyəsidir.

“Cham Holding” Suriyadakı ən sərfəli xidmət sahələrinə, o cümlədən otel işlərinə, restoran zəncirlərinə, səyahət şirkətlərinə, eləcə də “Syria Pearl Airlines” aviaşirkətinə nəzarət edir. Əlavə olaraq, Rami Məxluf “International Islamic Bank of Syria”, “Al Baraka Bank”, “International Bank of Qatar”, “Cham Bank” və “Bank of Jordan in Syria” banklarında ən böyük səhmdardır.

Məlumdur ki, Məxluf ailəsinin Britaniya biznesi ilə sıx əlaqəsi mövcuddur. Britaniyanın neft şirkəti “Gulfsands Petroleum”-da ailənin kapitalı var.

Media da Rami Məxlufun maraqlarına daxildir: “Al-Watan”, “Ninar”, “Dünya TV” və “Promedia”. Ümumiyyətlə, bəzi mənbələrə görə, Rami Məhluf Suriya iqtisadiyyatının 60%-inə nəzarət edir.

Ona tətbiq olunan sanksiyalara baxmayaraq, Rami Məxluf əlaqələri, nüfuzu və imkanından istifadə edərək, “yeraltı yollar” tapmaqda Əsəd ailəsi və bu məhdudiyyətlərlə üzləşmiş hakim elitanın digər üzvləri üçün əhəmiyyətli bir missiyanı yerinə yetirir. Bu məqsədlə o, hökumətə yaxın üç Suriya şirkətindən istifadə edib: “Maxima Middle East Trading”, “Morgan Additives Manufacturing” və “Pangates International”, habelə Panama hüquq firması “Mossack Fonseca” vasitəsilə Seyşel adalarında kölgə şirkətləri yaradıb. Eyni vəzifələri həll etmək üçün Rami Məxluf nəzarətindəki “DOM Development Holding” (Polşa) və “Rok Holding” (Rumıniya) şirkətlərindən də istifadə edir.

 

"Əl-Bustan" Assosiasiyası

 

Məxluf imperiyasının mühüm elementi – Suriyadakı vətəndaş müharibəsi zamanı ortaya çıxan humanitar problemləri həll etməyi nəzərdə tutan və xeyriyyə fondu kimi yaradılmış “Əl-Bustan” Assosiasiyasıdır. Bu qurumun UNICEF-dən 267.933 $ məbləğində ödəniş aldığı məlumdur. Əslində, "Əl-Bustan" müxtəlif, hərbi birliklərlə rəsmən bağlılığı olmayan və “şəbihə” adlı milis dəstələrinin maliyyələşməsinin əsas mənbəyi olub. Yəni "Əl-Bustan" vasitəsilə Rami Məxluf öz şəxsi, xüsusi hərbi şirkətlərini idarə edir.

“Əl-Bustan”la əlaqəli ən məşhur qruplara "Diril-Vatan" ("Vətən qalxanları") və ya "Fuhud Hums" ("Homs bəbirləri") xüsusi təyinatlı qüvvələri daxildir. Suriya kəşfiyyatı ilə əlaqəli bu strukturların maliyyələşdirilməsi vasitəsilə Rami Məxluf, ehtimal ki, Suriya xüsusi xidmətində öz mövqelərini təmin edə bilib.

Beləliklə, Rami Məxluf, Suriyadakı vətəndaş müharibəsi şəraitində, öz təsiri, ilk növbədə, maliyyə gücü və hərbiləşdirilmiş birlikləri ilə bütün zəruri atributlara sahib olub.

 

ardı var


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam