Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Rusiyanın dəstəyi olmasaydı, bizə çətin olardı" -Bəşər Əsəd

 

"Qərbin suriyalıların əvəzinə ölkənin gələcəyini müəyyən etmək hüququ yoxdur"

 

Xeberinfo.com:   Bunu Suriya prezidenti Bəşər Əsəd Fransanın “Europe-1” radiostansiyasına açıqlamasında deyib: “Qərb Suriya üçün nəyin yaxşı olduğunu seçə bilməz. Mən, ya da İŞİD. Bunu yalnız Suriya vətəndaşları edə bilərlər. Qərb ölkələri terrorizm təhlükəsindən öz xalqlarını qorumaq barədə düşünməlidirlər. Biz artıq ekstremistlərin Fransa və Almaniyaya necə zərbələr endirdiklərinin şahidi olmuşuq”.


Suriya lideri, həmçinin bildirib ki, iki ölkə arasında diplomatik münasibətlərin olmamasına baxmayaraq, Suriya Fransanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir: “Bizim Fransa ilə diplomatik münasibətlərimizin olmaması problem deyil. Bizim digər əlaqəli kanallarımız var. Biz Fransa xüsusi xidmət orqanları ilə birbaşa əlaqə saxlayırıq. Fransa parlamentarilərinin bu yaxınlarda Suriyaya səfəri zamanı nümayəndə heyətinin arasında xüsusi xidmət orqanlarının nümayəndəsi də var idi”.

Əsəd bildirib ki, Rusiyanın dəstəyi olmadan Suriyada terrorçularla mübarizə daha çətin olardı. Suriya prezidenti, həmçinin ekstremistlərin dəstəklənməsində qərb ölkələrini - konkret olaraq Fransa və Böyük Britaniyanı ittiham edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam