Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

DAŞKƏNDLƏ ASTANA ARASINDA ƏFQANISTAN “SAVAŞI”-İslam Kərimovun "dəmir pərdəsi"ni aralayan Mirziyoyev nəyə nail olacaq?

"Deutsche Welle" (Almaniya)

 

Özbəkistandan olan diplomatlar bu ilin martında Daşkənddə Əfqanıstanla bağlı böyük beynəlxalq konfrans keçirməyi planlaşdırırlar. Fevraldan etibarən isə Əfqanıstan hökuməti ilə "Taliban"a sülh danışıqlarının aparılması üçün meydan verməyə hazırdılar. Maraqlıdır ki, analoji təkliflə Qazaxıstan da çıxış etmiş və ölkəsində danışıqlar üçün yer ayırmağa hazır oluduğunu bəyan etmişdi. Lakin göründüyü kimi, Özbəkistan təşəbbüsü ələ alaraq daha cəld tərpəndi. 


Yenixeber.org: Özbəkistan hökuməti paralel olaraq Məzari-Şərifdən başlayan dəmir yolu stansiyasının inşası ilə bağlı Əfqanıstan tərəfi və beynəlxalq sponsorlarla fəal şəkilə danışıqlar aparır. Əfqanıstanın Balh əyalətindən başlayan bu dəmir yolu İranla sərhəddə yerləşən Herata, həmçinin Özbəkistanla sərhədə qədər yol alır. 


Danışıqlar meydançasında Daşkənd Əfqanıstan (Özbəkistan vasitəsilə gələn) mallarına güzəştlər tətbiq etməklə Kabildən olan həmkarlarına doğru addım atdı. Lakin Astananın da Əfqanıstan ərazisində dəmir yolu inşa etmək planı var. Bu plan Astananın dəmir yol xətti ilə Əfqanıstan ərazisində (Türkmənistan vasitəsilə) İran infrastrukturunu birləşdirməkdir. 


Ekspertlər hesab edir ki, Daşkəndin Əfqanıstanın xarici siyasəti üzərində təsiri Astanaya maneə yaradır: "Lider dəyişikliyindən sonra Özbəkistan İslam Kərimovun dövründə özünü saldığı təcriddən çıxmağa çalışır. Yeni prezident Mirziyoyev komandasının Əfqanıstanla bağlı etdiklərinin Özbəkistanın müasir tarixində analoqu olmayıb. Bu, regional siyasətdə, eləcə də Əfqanıstana münasibətdə bir sıçrayışdır".


Kərimovun "dəmir pərdəsi" və İrana dəmir yolu xətti 


İslam Kərimov

Müşahidəçilərin fikrincə, İslam Kərimov Əfqanıstanla ölkəsi arasında "dəmir pərdə" saxlayırdı. O, Əfqanıstanda fəaliyyət göstərən "Özbəkistanın İslam Hərəkatı" yaraqlılarına görə bu ölkəni hər zaman təhdid hesab edirdi. Kərimov yalnız zərurət yarandıqda bu "pərdəni" qaldırırdı. Bunu da köks ötürərək edirdi.  


Kərimovdan fərqli olaraq özbəklərin yeni rəhbəri Şavkat Mirziyoyev Əfqanıstana münasibətdə açıq siyasət yürüdür. Və bu ölkədə xarici təhdid yox, böyük imkanlar üçün resurs görür. Söhbət, Özbəkistanın təkcə xarici siyasət təcridindən çıxmasından yox, həm də geopolitik ambisiyaların inkişafından gedir.  


Bəzi ekspertlərin fikrincə, Şavkat Mirziyoyev Özbəkistanın regionda Çinin, İranın və digər böyük oyunçuların iştirakı ilə aparılan bütün iri infrastruktur layihələrinə qoşulacağına ümid edir. Özbəkistanın ən ambisiyalı layihəsi İranın dəniz limanlarına nəqliyyat dəhlizidir ki, bu məsələnin həlli Əfqanıstanla münasibətlərdə yeni xəttin aparılmasına tam uyğundur. 

2010-cu ilin ortalarında postsovet ölkələri arasında Əfqanıstanla əlaqələr baxımından lider Qazaxıstan idi. 2011-ci ildən Qazaxıstanın Kibildəki səfiri olan Omirtay Bitimov orada xüsusi fəallıq göstərmiş və nəticədə Əfqanıstanda Qazaxıstanın iqtisadi layihələrinə xeyli dəstək verilmişdi.  


Özbək politoloq Yuri Çernoqayev hesab edir ki, Daşkənd Əfqanıstana münasibətdə şübhələrini qoruyub saxlayır. Bu şübhələr əsasən rəsmi Kabillə taliblər arasında real razılaşmanın əldə olunma perspektivləri ilə bağlıdır. Şübhənin bir səbəbi də hazırda "Taliban" liderlərindən hansının hərəkatı idarə etməsi ilə əlaqəlidi. 


"6+ 2" qurupu və Əfqanıstan üzrə Daşkənd deklarasiyası 

 

Şavkat Mirziyoyev

Bununla belə, Özbəkistanın hazırkı rəhbərliyi İslam Kərimovun sülhpərvərliyini unutmayıb. 1999-cu ildə Daşkənddə "6+2"  qrupunun görüşü keçirilmişdi. Görüşün nəticəsi olaraq Əfqanıstandakı münaqişənin sülh yolu ilə həllinin prinsiplərinə dair Daşkənd deklarasiyası qəbul olunmuşdu. İslam Karimov bunu böyük sülhəməramlı uğur hesab edirdi. O başqa məsələ ki, cəmi bir həftə sonra taliblər deklarasiyasının altından atdıqları imzanı unudaraq Əfqanıstanın şimalına girmişdilər. 


İstənilən halda, fevralda və ya martda Əfqanıstanla bağlı toplantı keçirmək olduqca vacib addımdır. Mirziyoyev özünü regionda sülhməramlı kimi göstərmək istəyir, Əfqanıstan da bunun üçün geniş imkanlar təqdim edir. Bu sahədə Qazazıstanla aparılan rəqabətə gəlincə, ekspertlər deyir ki, Özbəkistan Kabillə talibləri danışıqlar masasına orturması üçün Qazaxıstana hər hansı maneə yaratmayıb. Sadəcə taliblər özü özbəklərin meydançasında bir araya gəlməyə üstünlük verib.  


Özbəkistan bu "oyuna" Qazaxıstandan sonra daxil olub. Ona görə də indi daha dinamik olmağa və Kərimov dövründə itirilmiş füsətləri kompensasiya etməyə çalışır. Mirziyoyev administrasiyası Kabillə danışıqlarda Astananı ötüb keçməyə çalışacaq. Çünki Əfqanıstan ərazisi ilə bağlı beynəlxalq layihələrin reallaşması Kabilsiz qeyri-mümkündür. 


Ekspertlərin fikrincə, regionda öz oyununu aparmaq üçün hazırda Astananın əlində ciddi kart var. Bu, ABŞ-la Pakistan arasında münasibətlərin ciddi şəkildə soyuqlaşmasıdır. Böyük ehtimalla, Pakistan NATO-nun Əfqanıstana göndərdiyi yükün öz ərazisindən keçməsinə qadağa qoyacaq. Bu səbəbdən ABŞ-a alternativ tranzit şəbəkə lazımdır.  ABŞ-la Rusiya arasında hazırkı münasibətlərin necə olduğu nəzərə alınsa, yalnız bir yol qalır – Bakıdan Xəzər yolu. Xəzərdən Qazaxıstana, oradan da Türkmənistana. Nazarbayevin bu yaxınlarda ABŞ-da yüksək səviyyədə qarşılanması göstərir ki, Birləşmiş Ştatların hazırda Qazaxıstanla bağlı maraqları var. 


O başqa məsələ ki, Əfqanıstana Qazaxıstan vasitəsilə tranzit üçün Özbəkistana ehtiyac olacaq. Deməli, bu layihədə hər iki ölkə bərabər səviyyədə iştirak edəcək. Bu da maraqların toqquşmasına yox, Daşkəndlə Astananın Əfqanıstana dair addımlarını koordinasiya etməsinə aparacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam