Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Rusiya və Türkiyə qızıl ehtiyatlarını sürətlə artırır:qızıl strategiyasının arxasında gizlənən gerçəklər –Araşdırma

Rusiya və Türkiyə qızıl ehtiyatlarını sürətlə artırır:qızıl strategiyasının arxasında gizlənən gerçəklər –

 

Rusiya və Türkiyənin mərkəzi bankları yaydan başlayaraq, demək olar, 100 ton qızıl alıb. Avro və dolların payı aşağı düşür. Bu cür strategiyanın arxasında nə gizlənir?

 

Yenixeber.org: Rusiya və Türkiyə son üç ayda dünyada ən böyük qızıl alıcısı olub. Rusiya 26 milyard dollar dəyərində 63 ton qızıl alıb və böyük fərqlə birinci yeri tutub, ikinci nömrə 30 ton qızıl alan Türkiyə olub, Qazaxıstan isə üçüncü yerdə görünüb (10 ton). Almaniyada isə Alman Federan Bankı həmin dövrdə özgəsinə deyil, qızıl sikkə buraxmaq üçün maliyyə nazirliyinə 0,4 ton qızıl satıb. Bu həm də Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına söykənən Ümumdünya Qızıl Şurası (World Gold Council) sahə birliyinin rüblük hesabatında qeyd olunub.

Rusiya və Türkiyənin mərkəzi bankları qızıl alışını “şaxələndirmə strategiyası”nın tərkib hissəsi kimi şərh edib. Ancaq müşahidəçilərin dəyərləndirdiyinə görə, prezidentlər Vladimir Putin və Rəcəb Ərdoğan öz valyuta ehtiyatlarının Birləşmiş Ştatlar və avrozona ölkələrindən asılılığını azaltmaq istəyirlər ki, mümkün böhranlar halında daha az dişbatan olsunlar.Bununla yanaşı, ekspertlərin fikrincə, onların qorxusu “valyuta manipulyasiyaları” ilə bağlıdır. Rusiya xüsusən də dollardan asılılığını artıq çoxdan azaltmaq istəyir, maliyyə bazarlarında “dollarsızlaşma strategiyası”ndan danışırlar.

 

Türkiyə ehtiyatları artırır

 

Rusiya hər ay valyuta ehtiyatları haqda məlumat dərc edir, buna əsasən, onun qızıl ehtiyatının ümumi dəyəri bir neçə ildə 10,9 milyarddan 73, 7 milyard dollaradək artıb. Öz növbəsində xarici valyuta ehtiyatı 436 milyard dollardan 341 milyarda qədər azalıb.

Ümumdünya Qızıl Şurasına görə, indiki anda Rusiyanın qızıl ehtiyatı 1778,9 ton təşkil edir və dünya siyahısında Amerika (8133,5  ton), Almaniya (3373, ton), İtaliya (2451,8 ton), Fransa (2435,9 ton) və Çindən (1842,6 ton) sonra yeddinci yeri tutur.

Şura qeyd edir ki, Rusiya bu cür böyük sürətlə qızıl alsa və bundan sonra yarım ildə 100 ton qızıl əldə etsə, tezliklə Çinə çatacaq. Orada həmçinin hesab edirlər ki, Rusiyanın qızılı minilliyin başlanmasıyla öz ehtiyatını azaltmış İsveçrəninkindən çoxdur. Lakin güman edilir ki, İsveçrənin hər sakinə düşən qızılı hamınınkından çoxdur.

Türkiyə valyuta ehtiyatları haqda hesabatında 20,4 milyard dollar məbləğində qızıl xatırladıb. Keçən ilin dekabrında söhbət 14,12 milyard dollar dəyərində ehtiyatdan gedib. Lakin xarici valyutanın hesabatda göstərilən ehtiyatının həcmi bir qədər – 90,6 milyard dollardan 89,9 milyarda qədər azalıb. Ümumdünya Qızıl Şurasına əsasən, Türkiyə indi ən böyük qızıl ehtiyatları reytinqində 13-cü yeri tutur (489,5 ton).

 

Rusiyanın qızıla marağı yeni səviyyəyə qalxır

 

Ümumdünya Qızıl Şurasının  yazdığı kimi, Rusiya qızıla çoxdan maraq göstərir, amma bu, son on ildə yeni səviyyəyə qalxıb. Şura qeyd edir ki, Rusiya Mərkəzi Bankı (MB) bu müddətdə özünün ehtiyatlarına 1250 ton qızıl əlavə edib. MB təkcə 2016-cı ildə 201 ton qızıl alıb – dünyanın istənilən ölkəsindən xeyli çox. Bu müddətdə ikinci yeri tutan Çinin Xalq Bankı öz ehtiyatlarına 80 ton qızıl əlavə edib, Qazaxcıstan – üçüncü yer – Milli Bankı isə 36 ton alıb.

Amma burası da var ki, Rusiya öz ehtiyatlarını dünya bazarında heç də dünya qiymətlərinə əsasən artırmalı olmur. Onun özü önəmli qızıl hasilatçısıdır və Ümümdünya Qızıl Şurasına görə, hətta Çin və Avstraliyadan sonra üçüncü yeri tutur. Rusiya MB isə qızılı tez-tez kommersiya bankları vasitəsilə ölkənin qızıl hasilatçılarından alır. Şuranın şöbə müdirlərindən biri Tatyana Fik deyir ki, ölkə 1995-ci ildən bəri qızıl hasilatını, təxminən, iki dəfə çoxaldıb. Onun sözlərinə görə, ölkə bu il 300 tondan çox qızıl hasilatı nəzərdə turur. Rusiya Qızıl Sənayeçiləri İttifaqının sədri Sergey Kaşubanın dediynə əsasən, qızıl hasilatı 2030-cu ilə doğru hətta ildə 400 tona çata bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam