«Mən, onun üçün doğma oğlundan da əziz olmuşam» -MKİ-nin müstəndiqi ABŞ-ın Səddam Hüseyn haqqında yaratdığı mifi ifşa etdi!
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş müstəntiqi Con Nikson «Daily Mail» nəşri üçün yazdığı məqalədə ələ keçirildikdən sonra İraq lideri Səddam Hüseynin dindirilməsindən bəhs edib.
Xeberinfo.com: ABŞ-n İraqa müdaxiləsi 2003-cü il martın 20-də başlanıb. Prezident Corc Buş (oğul) İraq hakimiyyətini kütləvi qırğın silahı yaratmaqda və terrorçularla əlbir olmaqda ittiham edib.
ABŞ hərbiçiləri Səddam Hüseyni 13 dekabr 2003-cü ildə ələ keçirib. Saqqal basmış kişinin şəxsində İraq liderini də məhz Con Nikson tanıyıb. Nikosn Səddamın bədənindəki tatu və şramlar barədə məlumatlı olub.
MKİ eks-agentinin sözlərinə görə, ABŞ xüsusi xidmətlərinin Səddam barədəki bir çox məlumatları yalan çıxıb. Məsələn, onun atalığının qəddar adam olması və oğulluğunu döyməsi barədə olan məlumat öz təsdiqini tapmayıb.
«Mən, onun üçün doğma oğlundan da əziz olmuşam» - deyə, dindirilmə zamanı devrilmiş İraq lideri atalığı barədə danışıb.
Niksonun yazdığına görə, dindirilmə zamanı S.Hüseyn amerikalıları İraqı başa düşməyən və onu dağıtmağa hazır olan «nadan xuliqanlar» adlandırıb. O, özünün «Əl-Qaidə ilə əlaqəsini» və guya, İraqda kütləvi qırğın silahının olduğunu inkar edib.
«İraq – terrorçuların ölkəsi deyil. Bizim nə ben Ladenlə əlaqəmiz, nə kütləvi qırğın silahımız yoxdur. Biz, öz qonşularımızı təhdid etmirik» – deyə, Səddam Hüseyn bildirib.
11 sentyarda (2001) Nyu-Yorkda törədilmiş terror aktı barədə Səddam Hüseyn deyib: «Baxın, bunda kimlər iştirak edib, onlar (terrorçular – red.) hansı ölkələrdəndirlər? Səudiyyə Ərəbistanı. Onların başçısı Mühəmməd Atta məgər İraqlı olub? Yox, Misirlidir. O zaman siz düşünürsünüz ki, mənim bununla əlaqəm var?»
Amerika senatı yalnız 2006-cı ildə etiraf etdi ki, Səddam Hüseynin Əl-Qaidə ilə nəinki əlaqəsi olmayıb və hətta onunla düşmənçilik edib.
Bundan başqa, Niksonun yazdığına görə, Səddam Hüseyn hesab edib ki, 11 sentyabr faciəsi radikallarla mübarizə məsələsində İraqa və ABŞ-a birləşmək imkanı yaradacaq. «O, necə də səhv edirdi…» – deyə, MKİ-nin keçmiş əməkdaşı qeyd edib.
2003-cü ilin fevralında Səddam Hüseyn ölkəyə kütləvi qırğın silahlarının gətirilməsini və istehsal olunmasını qadağan edən fərman imzalayıb. Ancaq ABŞ üçün artıq bunun heç bir əhəmiyyəti yox idi.
Mart ayında Buş Səddam Hüseynə ölkəni 48 saat ərzində könüllü tərk etmək barədə ultimatum verib. Əks təqdirdə ABŞ ordusunun hərbi əməliyyatlara başlayacağını bildirib. Səddam Hüseyn bundan imtina edib.
«Biz, heç vaxt kütləvi qırğın silahı tətbiq etməyi düşünməmişik. Bu, müzakirə olunmayıb. Bütün dünyaya qarşı kimyəvi silah tətbiq etmək? Buna gedə biləcək hər-hansı birisi tapıla bilərmi?» – deyə, Səddam Hüseyn bəyan edib.
Niksonun yazdığına görə, sorğu-sual zamanı partlayış səsləri eşidilib və Səddam Hüseyn anlayıb ki, ABŞ hərçilərinin işləri heç də yaxşı getmir. «Siz, heç nəyə nail ola bilməyəcəksiniz. Siz, anlayacaqsınız ki, İraqı idarə etmək heç də sadə məsələ deyil» – deyə, Səddam xəbərdarlıq edib və bildirib ki, amerikalılar onun ölkəsinin dilini, tarixini, düşüncə tərzini və hətta iqlimini anlamırlar.
«Tarix göstərdi ki, o, haqlı imiş» – deyə, MKİ-nin sabiq əməkdaşı qeyd edib.
Nikson yazır ki, Corc Buş nəyi eşitmək istəyirdisə, yalnız onu eşidirdi. İraqda mifik kütləvi qırğın silahının tapılmaması günahını isə ABŞ prezidenti xüsusi xidmət orqanlarının üzərinə yüklədi.
2007-ci ildə Ağ Evdə Buş Niksona belə bir sual verib: «Siz, əminsinizmi ki, Səddam Hüseyn «sibir xorası» ampulasını harada gizlətdiyini heç kimə demyib?». İştirakçılar gülüblər. MKİ-nin sabiq əməkdaşı bunu yersiz hesab edib. Nədən ki, həmin ana qədər ABŞ İraqda 4 min nəfərdən artıq hərbi qulluqçusunu itirmişdi.