İraq Böyük Britaniyanı məhkəməyə verir
“Böyük Britaniyanın İraq ssiyasəti qüsurlu kəşfiyyat və təhlillər üzərində qurulmuşdu”.
Xeberinfo.com: Xarici KİV-ə istinadən xəbərə görə, bu barədə 2003-2009-cu illərdə Böyük Britaniyanın İraq kampaniyasında iştirakını araşdıran komissiyanın sədri Con Çilkot deyib.
O, bununla bağlı təqdim etdiyi hesabatda qeyd edib ki, Böyük Britaniya İraqa daxil olana qədər bu ölkədəki münaqişə sülh yolu ilə həllini tapa bilərdi: “Biz belə qənaətə gəldik ki, hərbi müdaxilə olmamışdan öncə münaqişə sülh yolu ilə həllini tapa bilərdi. Böyük Britaniya qoşunu İraqa BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan daxil olub. Yəni, Böyük Britaniya hökuməti İraqa hərbi müdaxilənin nəticələrini tam dərk etməyib”.
C. Çilkot deyib ki, İraqda nüvə silahının yaradılması təhlükəsi yox idi: “Buna səbəb rəsmi Bağdada qarşı yürüdülən sanksiyalar idi. Nəticədə hərbi müdaxilə qeyri-dəqiq, təsdiqlənməyən məlumatlar əsasında baş verib. Britaniya hökuməti bildirir ki, ABŞ hərbi müdaxiləyə və ondan sonrakı dövrə zəif hazırlaşıb. Hərbçilər uğurlu kampaniyaya, yəni bir ay ərzində Bağdadın süqutu və Səddam Hüseynin ələ keçirilməsinə ümid edirdi. Lakin hərbi müdaxilə səhv addım idi və onun fəsadları indi də hiss olunur”.
Həmin dövrdə baş nazir olan Toni Bler isə bildirib ki, İraqda buraxdığı səhvlərə görə, məsuliyyət daşımağa hazırdır. Bununla yanaşı, o bildirib ki, Səddam Hüseynin devrilməsi zəruri idi.
T.Blerin açıqlamasının ardından İraq parlamentinin deputatı Aliyə Nasıf bildirib ki, hökumətdən Böyük Britaniyaya qarşı 2003-cü ildəki hərbi əməliyyatlara görə iddia qaldırmağı tələb edəcəklər