Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Müsəlman dünyası ilə inteqrasiya Azərbaycandan başlayır”

İtaliya mətbuatında Bakıda keçirilmiş BMT Sivilizasiyalar Alyansının Forumu barədə məqalə dərc edilib.

Xeberinfo.com:  Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumatda bildirilir ki, İtaliya Parlamentinin keçmiş üzvü, hal-hazırda “Novae Terrae” Fondunun baş direktoru Luka Volontenin (Luca Volontè) İtaliyanın “Formiche” jurnalının internet saytında cari ilin 25-27 aprel tarixində Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə “Müsəlman dünyası ilə inteqrasiya Azərbaycandan başlayır” adlı məqaləsi dərc edilib.

Məqaləsində müəllif Sivilizasiyalar Alyansı təşəbbüsü, onun yaranma tarixi, missiyası barədə ümumi məlumat verib, Bakıda keçirilmiş 7-ci Forum, onun mövzusu, burada iştirak etmiş mötəbər qurum, rəsmi və ictimai xadimləri qeyd edib. Forum çərçivəsində dünyada birgə yaşayış, təhsil, miqrantların inteqrasiyası, gənclərin inklusiv cəmiyyətin formalaşmasında iştirakı və mədəniyyətlərarası həmrəylik, dini ekstremizm kimi mövzularda seminar və dəyirmi masaların keçirildiyini vurğulayır.

L.Volonte Forumda Azərbaycan prezidenti İlham Əliyevin açılış nitqində səsləndirdiyi fikirlərə istinad edərək, Azərbaycanın əsrlərdir fərqli din və mədəniyyətlərin qovşağında yerləşməsi, tarix boyu daim tolerantlıq və multikulturalizm nümayiş etdirməsi, müxtəlif etnik və dinlərin burada sülh şəraitində birgə yaşadığını qeyd edib.

L.Volonte bidirib ki, əhalisinin 90 faizi müsəlman olan Azərbaycan müsəlman aləmində ilk dövlətlərdəndir ki, müstəqilliyinin başlanğıcından etibarən dövlət və müxtəlif dini konfessiyalar arasında münasibətlərin tənzimlənməsi məsələsində model dövlət rolunu oynamışdır. “Bu, birgəyaşayış və dünyəvilik baxımından gözəl modeldir”, – deyə müəllif bildirmişdir.

Məqalədə Vatikanın Mədəniyyət Şurasında Asiya, Afrika və Okeaniya dövlətləri ilə əlaqələrə məsul şəxs Teodor Maskarenhauzun “əhalisinin əksəriyyəti müsəlman olan, dünyəvilik prinsipinə sadiq və azlıqların hüquqlarına hörmətlə yanaşan, hətta kiçik katolik icmasının belə cəmiyyətin inkişafına töhfə verdiyi Azərbaycan müasir islam dövləti nümunəsidir” kimi fikirlərinə də yer verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam