Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Azərbaycan BMT-də işgəncə hesabatı verəcək

Sabah  BMT-nin İşgəncələrə Qarşı Komitəsinin növbəsi sessiyası işə başlayacaq. Komitə Azərbaycan hökumətinin işgəncə hallarına qarşı mübarizəyə dair hesabatını dinləyəcək.

Xeberinfo.com:   Məlumata görə, Komitə üzvləri Azərbaycan hakimiyyətinə onları maraqlandıran məsələlərlə bağlı sorğular göndəriblər.

Bu sorğulara insan haqlarını pozan hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı hansı tədbirlərin görüldüyü, hakimlərin tam müstəqilliyinin təminat altına alınması üçün atılan addımlar daxildir. Komitə Azərbaycanda təcridxanalarda və ya polis bölmələrində ölən konkret şəxslərlə bağlı sorğular da verib.

Həmçinin Komitə Azərbaycan hakimiyyətinə polis bölmələrində və təcridxanalarda audio-video müşahidə avadanlıqlarının yerləşdirilməsinə dair tövsiyə verib. İndi sessiyada bu tövsiyəyə dair hansı addımların atıldığı soruşulacaq.

Sessiyada Azərbaycanla yanaşı Avsriya, Danimarka, İordaniya, Çin və Lixtenşteyn də işgəncələrə dair hesabatlarını təqdim edəcəklər. Azərbaycanın hesabatına noyabrın 10-dan 12-dək baxılacaq.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam