Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

MM tətilə çıxır -deputatların məzuniyyətdə alacaqları vəsait müəyyənləşdi

 

Deputatlara məzuniyyətlə bağlı veriləcək vəsaitin miqdarı müəyyənləşib

 

Azərbaycan Milli Məclisi iyulun 15-dən yay tətilinə çıxır.

Yenixəbər.org: APA-nın məlumatına görə, parlamentin məzuniyyəti avqustun 30-da başa çatır.

Parlamentin sədri, sədr müavinləri, komitə sədrləri və deputatlar üçün məzuniyyətlə bağlı veriləcək vəsaitlərin miqdarı artıq müəyyənləşib.

Builki məzuniyyət müddətində sədrdən sıravi deputata qədər hər kəsə iki aylıq vəzifə maaşı miqdarında vəsait veriləcək.

Hazırda Milli Məclisin sədri 2250 manat, sədrin birinci müavini bunun 90 faizi, digər müavinlər 85 faizi, komitə sədrləri 80 faizi, komitə sədrlərinin müavinləri 75 faizi, qalan deputatlar isə 70 faizi qədər maaş alırlar. Eyni zamanda onlara maaşlarından əlavə, maaşlarının 25 faizi qədər vergi tutulmayan vəsait ödənilir.

Qeyd edək ki, “Deputatın statusu haqqında” qanuna görə, vitse-spikerlərin, komitə sədrlərinin (müavinlərinin) və deputatların maaşları spikerin maaşına əsasən hesablanır.

Parlamentin payız sessiyası sentyabrın 30-da başlayacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam