Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Çin XİN:“ABŞ-ın Ukraynaya silah verməsi məsuliyyətsiz bir hərəkətdir”

“ABŞ-ın Kiyevə silah verməsi məsuliyyətsiz bir hərəkətdir”.

Yenixeber.org: Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Ukraynanın Zaporojye vilayətində media nümayəndələrinin öldürülməsini şərh edərkən deyib.

O bildirib ki, Çin Ukraynada mülki şəxslərin, o cümlədən jurnalistlərin təhlükəsizliyini təmin etməyi tələb edir.

Qeyd edək ki, iyulun 22-də Ukrayna ordusunun Zaporojye vilayətinə endirdiyi raket zərbələri nəticəsində “RİA Novosti”nin əməkdaşı Rostislav Juravlev ölüb, “İzvestiya” və “RİA Novosti”nin 4 jurnalisti yaralanıb.

Xatırladaq ki, ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) iyulun 7-də yeni yardım paketinin bir hissəsi olaraq Ukraynaya kasetli sursatların göndəriləcəyini açıqlayıb.

Ukrayna ordusunun generalı Oleksandr Tarnavski iyulun 13-də deyib ki, Ukrayna artıq ABŞ-dan kasetli sursatlar alıb. Hazırda Ukrayna ordusu döyüşlərdə həmin sursatdan istifadə edir.

Qeyd edək ki, 2010-cu ildə kasetli sursatlar haqqında konvensiya qüvvəyə minib. O, tərəflər və ya imzalayan 123 dövlətdə onların istifadəsini, istehsalını və yığılmasını qadağan edir.

123 ölkə sənədi ratifikasiya edib. Rusiya, ABŞ və Ukrayna bu siyahıya daxil deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam