Redaktor seçimi
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

İran hakerləri nüvə təhlükəsizliyi və Yaxın Şərq üzrə ekspertlərə qarşı...

İranın təhlükəsizlik qurumları tərəfindən dəstəklənən yerli hakerlər “Mac” və “Windows” əməliyyat sistemləri vasitəsilə yeni kampaniyada bir sıra nüvə təhlükəsizliyi və Yaxın Şərq məsələləri üzrə ekspertləri hədəfə alıblar.
Yenixeber.org: Amerikanın “Record” saytının “Proofpoint” şirkətinin kibertəhlükəsizlik üzrə ekspertlərinə istinadən yaydığı məlumatda bu hakerlərin keçmişdə “Melosun pişikləri” adı altında SEPAH-ın Kəşfiyyat təşkilatının hədəfləri istiqamətində çalışdıqları bildirilir.
“Proofpoint” ekspertlərinin fikrincə, bu iranlı haker qrupunun məqsədi nüvə təhlükəsizliyi və Yaxın Şərq məsələləri üzrə ekspertlər, xüsusən də İranla nüvə sazişində iştirak edən hökumətlərə JCPOA (İranın nüvə problemi üzrə 5+1 formatı) haqqında rəy verənlər barədə məlumat toplamaq olub.
Mütəxəssislər özlərini Britaniya beyin mərkəzinin yüksək vəzifəli üzvü kimi təqdim edən və ABŞ-da yerləşən beyin mərkəzinin nüvə təhlükəsizliyi üzrə eksperti və xarici siyasət fəalına virus göndərməyə çalışan hakerlərin izinə düşüblər. Öz hərəkətlərini qanuniləşdirmək üçün ABŞ-dakı hədəfə başqa nüfuzlu ekspertlərin də eyni layihə üzərində işlədiyini bildirən hakerlər, hətta rəylərinə görə həmin ekspertə pul ödəməyi təklif ediblər.
“Profpoint” şirkətinin ekspertlərinin dediyinə görə, haker qrupunun son kampaniyada həyata keçirdiyi tədbirlər kompleksi bu hakerlərin arxasında dövlət sisteminin dayanması və onların müstəqil insanlar olmadığı ehtimalını gücləndirib.
İyirmi ildən çoxdur ki, İran özünün kəşfiyyat və təhlükəsizlik qurumlarına, xüsusən də SEPAH-ın Kəşfiyyat təşkilatına bağlı hakerlər vasitəi islə fəallara və siyasi opponentlərə, jurnalistlər, şirkətlər, universitetlər və əcnəbi alimlər, xüsusən də düşmən saydığı ölkələrə qarşı casusluqda ittiham olunur.
Təxminən altı ay əvvəl “Microsoft” şirkəti İran hökuməti ilə əlaqəsi olan bir qrup hakerin 2021-2022-ci illərdə ABŞ-ın kritik infrastrukturunu birbaşa hədəfə aldığını, liman idarəetmə sistemlərində, enerji və nəqliyyat şirkətlərində kiber təxribata cəhd göstərdiyini açıqlamışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam