Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Növbəti qələbəmizi cəbhədə görəcəksiniz –Priqojindən yeni mesaj

"Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin son bir həftə ərzində ilk dəfə səsli mesaj yayıb. 

Yenixeber.org:  O, tərəfdarlarına ünvanladığı mesajda "yaxın gələcəkdə cəbhədə növbəti qələbələr" vəd edib. 

“Bu gün həmişəkindən daha çox sizin dəstəyinizə ehtiyacımız var. Bunun üçün sizə təşəkkür edirəm. İstəyirəm başa düşəsiniz ki, bizim “Ədalət marşı” satqınlarla mübarizə aparmaq, cəmiyyətimizi səfərbər etmək məqsədi daşıyırdı. Və hesab edirəm ki, biz çox şeyə nail olmuşuq. Yaxın gələcəkdə əminəm ki, növbəti qələbələrimizi cəbhədə görəcəksiniz. Təşəkkürlər uşaqlar!" - "Vaqner"ə yaxın "Gray Zone" teleqram kanalı tərəfindən yayımlanan mesajda deyilir. 

Priqojin hazırda harada olduğunu və muzdlularla birlikdə gələcəkdə nə edəcəyini açıqlamayıb. 

"Vaqner" rəhbərinin əvvəlki audio mesajı 11 dəqiqədən çox davam edib və iyunun 26-da dərc edilib. Orada o, baş verənlərlə bağlı öz versiyasını açıqlayıb. Bildirib ki, “rejimi devirmək” niyyətində deyil. 

Xatırladaq ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam