Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Şoyqu və Gerasimovun müavinləri Priqojinlə görüşdülər

Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Baş Qərargah rəisinin müavini Vladimir Alekseyev Rostov-Don şəhərində “Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojinlə görüşüblər. 

Yenixeber.org:  Bu barədə yerli teleqram kanalları məlumat yayıb. 

Priqojin bildirib ki, müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov onlara təhvil verilməyənədək "Vaqner" Rostovu blokadada saxlayacaq və Moskvaya doğru hərəkət edəcəklər. 

Görüş zamanı çəkilən video teleqram kanallarında paylaşılıb.  

Qeyd edək ki, ötən gün "Vaqner" rəhbəri Yevgeni Priqojinin teleqram kanalında səs yazıları yayılıb. O, bölmələrinin hücuma məruz qaldığını iddia edib və buna görə ölkənin hərbi rəhbərliyini günahlandırıb. Priqojin müdafiə naziri Sergey Şoyqu ilə hesablaşmaq üçün 25 minlik dəstəsi ilə Rostovdan Moskvaya doğru hərəkət etdiyini bildirib. 

Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi özəl hərbi şirkətin döyüşçülərini hücumlardan çəkinməyə çağırıb. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinə vəziyyətlə bağlı məlumat verilib və lazımi tədbirlər görülür. 

Digər məlumata görə, “Vaqner”in rəhbəri Yevgeni Priqojin Rostovdadır. Şəhərin “Vaqnerçi”lər tərəfindən ələ keçirildiyi iddia olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam