Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Nazir müavini:Ukraynanın əks-hücumunun əsas zərbəsi hələ qabaqdadır

Ukraynanın əks-hücumunun əsas zərbəsi hələ qabaqdadır və Kiyev bəzi rezervlərini hələ də döyüşlərdən kənarda tutur.

Yenixeber.org:  Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar dövlət televiziyasına müsahibəsində deyib.

“Bizim əsas hadisələrimiz hələ qabaqdadır, əsas zərbə hələ qabaqdadır. Əslində, əsas rezervlərdən bəziləri daha sonra (döyüşlərə) cəlb ediləcək”.

Malyar Ukrayna qüvvələrinin hər gün irəliləyiş əldə etdiyini qeyd edib:

“Bəli, bu, tədricən olur, amma bizim qoşunlarımız cəbhədə mövqelər ələ keçirirlər və özünəinamla irəliləyirlər”.

Anna Malyar qeyd edib ki, Rusiya cəbhənin şərq və cənub hissəsi boyunca hava desant bölmələri göndərərək öz qüvvələrini gücləndirir. Əlavə edib ki, Rusiyanın şərqə yerləşdirdiyi yeni rezervləri Ukrayna xəttini yarmağa cəhd göstərsələr də uğursuzluqla üzləşiblər.

Nazir müavini ötən bir həftə yarım ərzində Kupyansk və Liman ərazilərində şiddətli döyüşlərin getdiyini, Rusiyanın bu istiqamətdə Ukrayna müdafiə xəttini yarmağa çalışdığını, lakin Ukrayna müdafiəçilərinin “düşməni” dayandırdığını qeyd edib.

O bildirib ki, Rusiyanın bu bölgələrdəki genişmiqyaslı hücumu ona böyük itkilər verdirib.

Anna Malyar hücum əməliyyatlarının plan üzrə getdiyini, indidən qiymətləndirmə aparmağın hələ tez olduğunu qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam