Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Amnesty İnternational:“İranda daha bir edam riski var”

Son etiraz aksiyalarından sonra İran məhkəmələrinin çıxardığı edam hökmlərinin sayının artması həm ölkədə, həm də beynəlxalq aləmdə böyük narazılıqla qarşılanır.
Yenixeber.org:  Beynəlxalq “Amnesty İnternational” təşkliatı İranda ümummilli etirazlar zamanı həbs olunan Məhəmməd Qubadlunun edamının “ciddi” təhlükəsi barədə İranın məhkəmə hakimiyyətinin başçısı Qulamhüseyn Mohseni Ajeiyə açıq xəbərdarlıq məktubu göndərərək, 22 yaşlı gənclə bağlı hökmün dərhal ləğvini istəyib.
“Məhəmməd Qabadlunun ədalətli mühakimə hüququ rədd edilib, ilkin dindirmələr zamanı onun vəkillə görüşünə icazə verilməyib. Məhəmməd fiziki təzyiqlərə məruz qalıb və dəfələrlə döyülüb. 22 yaşlı gəncin işində iki ölüm hökmü qərarı onun bipolar xəstəlikdən əziyyət çəkdiyi, etirafa məcbur etmək üçün saxlanma və sorğu-sual zamanı dərmanlarının qəbuluna icazə verilmədiyi halda çıxarılıb. Onun zehni qüsuru səbəbindən psixi sağlamlığı məhkəmə tərəfindən nəzərə alınmayıb” , - açıq məktubda vurğulanır.
Ümummilli etirazların məhbuslarından biri olan 2000-ci il təvəllüdlü Məhəmməd Qabadlu “müharibə” və “yer üzərində fəsad”, bir polis məmurunu avtomobillə vuraraq öldürmək və daha beş zabiti yaralamaq “ittihamları” əsasında edama məhkum edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam