Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ukrayna ordusu 100 kvadrat kilometr ərazini işğaldan azad edib

Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatları çərçivəsində 100 kvadrat kilometr ərazini işğaldan azad edib.

Yenixeber.org:  Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksiy Qromov Ukrayna müdafiə nazirinin müavini Anna Malyarla keçirdiyi birgə brifinqdə deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu Zaporojye istiqamətində şəhər və qəsəbələri işğaldan azad etməyə davam edir.

A.Malyar isə söyləyib ki, hazırda gərgin döyüşlər davam edir: “Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda tədricən irəliləyirlər. Düşmən güclü müqavimət göstərir. Rusların əkin sahələrini minalaması bizə çətinlik yaradır”.

Nazir müavininin sözlərinə görə, qarşı tərəf Baxmut istiqamətinə əlavə qüvvə cəlb edir: “Onlar bizim irəliləməyimizin qarşısını almağa çalışırlar. Ukrayna Müdafiə Qüvvələri işğalçılara öz planlarını həyata keçirməyə imkan vermir: düşmən irəliləyə bilmir. Biz hücum və müdafiə əməliyyatlarını vəhdətdə davam etdiririk”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynanın əks-hücum əməliyyatlarına başladığını elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam