Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Zelenski:“Ukrayna əks hücuma hazırdır”

Ukrayna prezidenti Zelenski Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına hazır olduğunu açıqlayıb.

Yenixeber.org:  O, bu barədə “The Wall Street Journal”a müsahibəsində bildirib.

“Düşünürəm ki, biz bu gün bunu etməyə hazırıq”, – deyən Zelenski, “Mən daha çox şeyə sahib olmaq istərdim, amma biz onları aylarla gözləyə bilmərik”.

Bundan əvvəl Kiyev bəyan etmişdi ki, Qərb ölkələrindən bu yaxınlarda razılaşdırılmış bir sıra hərbi yardım paketləri bir il ərzində çatdırılacaq və elan edilən əks-hücumun vaxtından asılı olmayacaq.

Bir gün əvvəl WSJ Ukrayna Silahlı Qüvvələrinin cəbhə xətti boyunca öz mina sahələrini təmizləməyə başladığını yazmışdı. Nəşr bunun Ukrayna texnikasının Ukrayna Silahlı Qüvvələrinin müdafiə xəttindən kənara keçməsi üçün lazım olduğunu qeyd edib.

Zelenski müsahibə zamanı bəzi xarici siyasətçilərin Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqların aparılmasının zəruriliyindən danışan açıqlamalarına da münasibət bildirib. O, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə danışıqlarını 24 saat ərzində koordinasiya edə biləcəyini və “münaqişəyə 24 saat ərzində son qoya biləcəyini” misal çəkib.

"Amma belə bir şey olmayıb. O, bunu edə bilərdi, amma olmadı", - Zelenski deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam