Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

İran tele-radiosunun rəhbəri sənətçilərə hədə-qorxu gəlib

Ölkədəki etiraz atmosferini hər vəchlə səngitməyə çalışan İran hökuçəti bütün sahələrdə çalışan müxalif fikirli vətəndaşlara hədə-qorxu gəlir. Bu kontekstdə, İran tele-radiosunun rəhbəri də “fərqlənib”.
Yenixeber.org: İran Radio və Televiziya təşkilatının rəhbəri Peyman Cəbəli “İmam Sadiq” universitetində ötən aylarda etiraz aksiyası keçirən aktyorlar haqqında sərt açıqlamalar verərək, onları vətənini satan məşhurlar adlandırıb və hökumət mediasının bu şəxslərdən asılı olmadığını deyib.
“Bəzi məşhurlar, İran mədəniyyəti və tarixi ilə əlaqələrini kəsdiklərinə görə, Radio və Televiziya təşkilatı da onlarla əlaqəni kəsəcək. Xalqın böyük bir hissəsi onların üzünü görməyə nifrət edir” - Cəbəli söyləyib.
Məhsa Əmininin ölümündən sonra ümummilli mitinqlər zamanı etirazçılara dəstək vermiş çoxsaylı kino, teatr və televiziya sənətçiləri etirazların qanlı və zorakılıqla yatırılmasına son qoyulmasını tələb ediblər. Bu arada xeyli qadın sənətçi də sosial şəbəkələrdə hicabsız çəkilmiş şəkillərini dərc etməklə və ya hökumətin müəyyənləşdirdiyi mərkəzlərdə və ictimai toplantılarda açıq şəkildə görünməklə etirazlarını nümayiş bildiriblər.
Bu etiraz tədbirlərinə cavab olaraq, həmin sənətçilərin bəziləri təhlükəsizlik orqanlarına çağırılıb, bəziləri isə həbs edilib. Onların bir çoxunun fəaliyyətinə qadağa qoyulub, bəziləri haqqında cinayət işi qaldırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam