Redaktor seçimi
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
Günün xəbəri

Borell Rusiyanın əks-hücumunun başladığını bildirib -Ukraynada hərbi vəziyyət son dərəcə narahatedicidir

Yenixeber.org: Bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell Avropa Parlamentinin plenar sessiyasında çıxışında deyib.

“Kiçik miqyasda da olsa, Rusiyanın əks-hücumu başlayıb. Ukrayna ilk dəfədir ki, ən çox əsgər sayı ilə bağlı üstünlüyünə malik deyil. Buna görə də Ukrayna Aİ-nin üzv dövlətlərinə və bu ölkəyə kömək edən hər kəsə çağırış etməkdə davam edir. Biz dünən Ramşteyn çərçivəsində Ukraynaya hərbi yardımı koordinasiya edən ölkələrlə görüşdük. Görüşdə Ukraynanın nəyə ehtiyacı olduğunu, bizim nə verdiyimizi və nələr verə biləcəyimizi, xüsusilə də daha çox döyüş sursatı və əsgərlər üçün daha çox təlimlər barədə müzakirə apardıq. Ukraynaya dəstəyimizdən vaz keçməyəcəyimizi göstərməliyik.

Sülhə nail olmaq üçün biz Ukraynaya əlimizdə olandan daha çox hərbi dəstək verməliyik. Bu mənim əsas mesajlarımdan biridir. Sülh qazanmaq üçün əvvəlcə müharibədə qalib gəlmək lazımdır”, - Borrell qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam