Rusiya elitasının pay uğrunda mübarizəsi
Putinin dövlət kapitalını bərabər səviyyədə yaxın dostları arasında bölüşdürərək, onları öz ətrafında saxlamaq strategiyasına kölgə düşüb.
"Xeberinfo.com": Əslində məsələnin mahiyyəti anti-Rusiya sanksiyaları və iqtisadi böhran nəticəsində hakimiyyətin gəlir mənbələrinin kəskin azalması ilə bağlıdır. Hazırda Rusiya hakimiyyət elitasında, öz azalan payları uğrunda mübarizə aparanlar arasında qarşıdurma əlamətləri meydana gəlib. (Sankei Shimbun)
Putinin köhnə dostu Sergey Çemezovun idarə etdiyi “Rostex” (Rostexnologiya) şirkəti böyük konqlomerat kimi 700 hərbi müəssisəni özündə birləşdirir. Hökumət “Rostex”in qanadı altında olan farmakologiya şirkətlərini – vərəm xəstəliyini, QİÇS virusunu, hepatitin müalicəsi dərmanlarını və qan preparatlarını hazırlayan şirkətlərin, dövlət inhisar müəssisəsinə çevrilməsi barəsində məsələn müzakirəyə çixarıb. Rusiya farmakologiya bazarının ümumi alıcılıq payının 25%-i dövlət sifarişlərinin payına düşür. Keçən il dövlət tərəfindən yuxarıda göstərilən preparatların və qan məhsullarının alınmasına 33,1 milyardrubl xərclənilib.
“Rostex”-lə əlaqəli olan bir neçə şirkət vasitəçi rolunda çıxış edərək, müxtəlif çeşidli tibbi preparatlar alaraq, dövlət şifarişlərini yerinə yetirirlər. Bu sferanın gələcəkdə tam şəkildə mərkəzləşdiriləcəyi ehtmal olunur. Hökumətin rəsmi olaraq bildirdiyinə görə, buradakı başlıca məqsəd, milli dərman preparatlarının istehsalının həyata keçirilməsidir. Lakin əsl həqiqətdə isə, bu, “Rostex”in dərman inhisarının dövlətin köməyi ilə gücləndirilməsi və dostlar kapitalizmidir.
Əsas səbəb kimi isə, belə fəaliyyətlərin arxasında “Rostex” şirkətinin çətinliklərlə üzləşməsi dayanır. Məlumdur ki, Qərb ölkələri Rusiya istehsalı olan hərbi məhsulların idxalına qadağa qoyub. Ona görə də keçən ilə nisbətən, “Rostex” 15% xalis gəlir itirib. Bu il “Rostex”in gəlirləri 33,9 milyard təşkil edib və onların məqsədi çatışmamazlıqların yerini dərman preparatları vasitəsi ilə doldurmaqdan ibarətdir.
2000-ci ildə hakimiyyətə gələn Vladimir Putin, siyasət və iqtisadiyyatın mərkəzləşdirilməsi ilə məşğul olmağa başladı. Mühüm iqtisadi sahələr dövlət şirkətlərinin və federal dövlətin unitar müəssisələrinin nəzarəti altına keçdi. Beləliklə, mərkəzdən sərmayələşən dövlət kapitalizm modeli yaradıldı. Putin dövlət şirkətlərinin başına öz yaxın adamlarını təyin etməklə, iştirakçılar arasında gəlirlərin bərabər bölünməsinə yol açan dostlar kapitalizminin yaranmasına start verdi.
Tipik nümunələrdən biri də “Rostex” və “Rosneft” şirkətləridir. ”Rostex”in rəhbəri Sergey Çemezov ilə “Rosneft”in prezidenti İqor Seçin, Putin kimi, DTK ilə əlaqəli şəxslərdir.
Kreml rəhbərinin dostlar kapitalizmi modeli, həmçinin vilayətlərin qubernatorlarına və yeni şirkətlərə də aiddir. Əgər həmin məmurlar hakimiyyət yanında etibarlı deyillərsə, onda onlar mərkəzdən nə geniş fəaliyyət hüququ, nə də ki, kapital ala bilirlər.
Amma bütün bunlara baxmayaraq, vəziyyət kardinal şəkildə dəyişilib. Hal-hazırda Putin administrasiyası təbii resursların gətirdiyi böyük gəlirlərin bir hissəsindən məhrum olublar. Neft və qazdan götürülən böyük mənfəət itkisi, Qərb sanksiyalarının tətbiqi nəticəsində hərbi, maliyyə və neft sferasına dəyən sarsıdıcı zərbələrlə üst-üstə düşüb. İndi hakimiyyət və dövlət müəssisələri üçün pul vəsaiti çatışmır. Əvvəllər “Qazprom”un Ümumi Daxili Məhsuldakı payı 10% təşkil edirdisə, bu ilin göstəricilərinə əsasən, həmin şirkətin istehsal həcmi, son 20 ilin ən minimal həddi səviyyəsindədir. Proqnozlara görə “Qazprom”un gəlirləri 27% azalacaq. Mürəkkəb vəziyyətlə qarşılaşan digər enerji nəhəngi olan “Rosneft” isə, Kremldən təbii qazın özü tərəfindən ixrac olunmasını və qaz boru kəmərləri üzərində “Qazprom”un inhisar haqqının ləğv edilməsini xahiş edir.
Xöşagəlməz hal, həmçinin nanotexnologiya sferasından da yan keçməyib. Beləki, “Rosnano” şirkətinin prezidenti Anatoli Çubaysın yaxın dostu və həmin şirkətin maliyyə direktoru Svyatoslav Ponurov, milyonlarla vəsaitin mənimsənilməsində şübhəli bilinərək, ev həbsinə göndərilib. Bəzi məlumatlara görə, “Rosnano”nun bir çox məmurları mühakimə olunma təhlükəsi ilə üzləşəcəklərini bildikləri üçün xaricə qaçıblar. Çubays hələ prezident Boris Yeltsinin dövründən hökumət elitasına daxildir. Ehtimallara görə, bu iş onun özünə qarşı da çox ciddi təzyiq olacaq.
Hazırda Rusiya elitası Putini müdafiə edir. Hələlik, yaxın zamanlarda Rusiya hakim elitası arasında parçalanmanın əmələ gələcəyi ilə əlaqədar əsaslı bir zəmin yoxdur. Amma hər halda böyük su kütləsinin sahilə doğru qabarması dövrü keçib gedib. Heç şübhə yoxdur ki, su üzündə qalanlarla yanaşı, batanlar da olacaq.
AzPolitika.info