Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Ermənistanı da Yunanıstanın aqibəti gözləyir”

 

Yunanıstan xarici borcların yükü altında diz ütsə çökdü.
"Xeberinfo.com":   Musavat.com xəbər verir ki,  “The Guardian” nəşrinin ekspertlərinə görə, oxşar aqibət bir sıra digər ölkələri də gözləyir və o sırada işğalçı Ermənistan da var.
 
Analitiklərə görə, 20-dən çox ölkə - Laosdan tutmuş Seneqala kimi, öz böhranlı borcları ilə mübarizə aparır. “Bizim hesablamalarımıza görə, 14 ölkə nəhəng xarici borclara əsaslanan yeni hökumət kreditlərinə doğru gedir” - deyir Beynəlxalq İnkişaf İnstitutunun eksperti Cudit Tayson. 
Onun sözlərinə görə, dünya iqtisadiyyatının zəif bərpası da borc səviyyəsinin artma faktoruna çevrilib, o üzdən siyasi xadimlər böhran öncəsi göstəriciləri bərpa etməyə çalışırlar. 
Ekspertlərin qənaətincə, xarici borc böhranı riski yüksək olan ölkələr bunlardır: Butan, Kabo-Berde, Dominika, Efiopiya, Qana, Laos, Mavritaniya, Monqolustan, Mozambik, Samoa, San-Tome Prinsipi, Seneqal, Tanzaniya, Uqanda.
Hökumətləri xarici borc böhranı içində olan ölkələr isə aşağıdakılardır: Ermənistan, Beliz, Kosta-Rika, Xorvatiya, Kipr (yunan), Dominikan Respublikası, Salvador, Qambiya, Yunanıstan, Qrenada, İrlandiya, Yamayka, Livan, Makedoniya, Marşal adaları, Monteneqro, Portuqaliya, İspaniya, Şri-Lanka, Tunis, Ukrayna, Sudan, Zimbabve.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam