Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Elman Rüstəmovdan təlaşlı bəyanat

 

“Bəzi iqtisadi güc mərkəzlərinin yürütdüyü məsuliyyətsiz, populist makroiqtisadi siyasət qlobal böhranın yaranmasına səbəb olub”

"Xeberinfo.com":  Məlumata görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib (“APA-Economics”).
Ölkənin baş bankiri deyib ki, ilk olaraq ABŞ-da ipoteka böhranı kimi yaranan maliyyə böhranı tez bir zamanda qlobal tsiklik struktur böhranına çevrilib: “Bunun çox aspektləri, o cümlədən siyasi aspektləri var.
 Dünyanın iqtisadi güc mərkəzləri adlandırılan ölkələr (ABŞ və Avropa Ittifaqına üzv olan ölkələr) yumşaq desək məsuliyyətsiz makroiqtisadi, populist siyasət həyata keçirdilər. Həm büdcə, həm monetar siyasət xarici borclanmanın çoxalmasına yönəldilmişdir. Nəticədə həm dövlətin, həm əhalinin, həm iri korporasiyaların borc yükü həddən artıq çoxalmışdır. Məsələn, bütövlükdə inkişafda olan ölkələrin toplam borc yükü onların ümumi daxili məhsulunun 107%-ə bərabərdir. ABŞ-da bu göstərici 97%-dir, Avrozonada 96%, Yaponiyada isə 250%-ə çatır. Iqtisadi ədəbiyyatda buna deyilir məsuliyyətsiz makroiqtisadi siyasət, yəni gələcəyi düşünməmək, gələcək nəslin maraqlarını, mənafelərini nəzərə almamaq”.
E. Rüstəmov bildirib ki, Azərbaycanda 20 il ərzində həyata keçirilən makroiqtisadi siyasətə nəzər salanda məlum olur ki, xarici borc məsələsinə həssas yanaşılıb. “Bu gün bizim 70 milyard dollar həcmində ehtiyatlarımız var, xarici borcumuz ÜDM-in cəmi 8%-ni təşkil edir. Bayaq toxunduğum məsələyə qayıtsaq, bir gün bu borc məsələsi partlamalı idi və partladı. Bunu ilk siqnalı ABŞ-ın ipoteka böhranı ilə gəldi. Bu proses bütövlükdə qlobal iqtisadiyyatın zəifliklərini ortalığa qoydu”, – deyə AMB rəhbəri bildirib.
O qeyd edib ki, bu prosesin tənzimlənməsi xeyli vaxt alacaq: “Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, qlobal əmtəə indeksləri son 7 ildə 30% düşüb. Bundan başqa, ərzağın qiyməti 6%, neftin qiymətlərinə bağlı olan metalın qiyməti 17% enib”.
E. Rüstəmov əlavə edib ki, tələbin azalması ABŞ, Çin və digər iqtisadi güc mərkəzlərinin iqtisadi artım tempinin xeyli aşağı düşməsinə səbəb olub.
Azərbaycan heç zaman populist siyasət yürütməyib deyən AMB rəhbəri əlavə edib ki, Azərbaycan nefti gəlirlərindən səmərəli şəkildə istifadə edir: “Neft gəlirləri əldə olunan zaman beynəlxalq maliyyə institutları tərəfindən böyük diskissiyalar aparılırdı və bizə tövsiyə edirdilər ki, bu gəlirlər düzgün xərclənməlidir, xarici bazarlarda diversifikasiya olunmalıdır, gələcək nəsillər üçün saxlanılmalıdır və sair. O zaman  prezident belə bir strategiya seçərək bildirdi ki, təbii ki, gələcək nəsillərə də vəsait saxlanılmadır, amma gələcək nəslə gözəl infrastruktur, inkişaf etmiş ölkə, modern iqtisadiyyat saxlanılmalıdır. Biz bu vəsaitinin yarıdan çoxunu istifadə edərək, ölkənin hazırkı vəziyyətə gəlməsinə nail olduq. Bu vəsaitin yarısına yaxınını isə makroiqtisadi sabitliyin qorunmasına saxladıq”.
Dünya birjalarında neftin ucuzlaşmasına toxunan E. Rüstəmov deyib ki, Azərbaycan neftin qiymətinin yüksək olduğu illərdə kontrtsiklik iqtisadi davranış göstərərək çox əhəmiyyətlə bir “maliyyə yastığı” yaradıb. “Bu maliyyə yastığının əhəmiyyəti ondan ibarətdir ki, neftin qiymətinin azaldığı vaxtda ölkə bütövlükdə öz xərclərini, makroiqtisadi sabitliyini hamarlasın, bu vəsaitlərdən istifadə etsin. Bizim kifayət qədər manevr imkanlarımız var. Bu manevr imkanları bizə cari ilin vəzifələrini yerinə yetirməyə kömək edəcək”, – deyə baş bankir qeyd edib.
Bununla yanaşı, E. Rüstəmov bildirib ki, neftin ucuzlaşması “həm tələb, həm təklif amili ilə bağlıdır”.
Neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayan E. Rüstəmov aparıcı beynəlxalq maliyyə institutlarının hesablamalarına əsaslanaraq deyib ki, “qara qızıl”ın 1 bareli 40-60 dollar civarında satılacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam